Author: Aynure Gdp

2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”. Bu sözləri “PAŞA Holding”in direktorlar şurasının sədr müavini Mir Camal Paşayev “PAŞA Sığorta”nın fəaliyyətinin 20 illik yubileyində deyib. Şirkət bu dövr ərzində Azərbaycan sığorta bazarının aparıcı iştirakçılarından biri kimi mövqeyini davamlı olaraq gücləndirib və müştərilər üçün etibarlı, dayanıqlı sığorta mühitinin formalaşmasına nail olub. Son 20 il ərzində “PAŞA Sığorta” korporativ və fərdi müştərilər daxil olmaqla ümumilikdə üç milyona yaxın müştəriyə xidmət göstərib. Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdi müştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir. Fəaliyyət dövrü ərzində “PAŞA Sığorta” minlərlə müştərinin həyatına müsbət…

Read More

Fars körfəzi bölgəsindən qaz tədarükündə yaranan fasilələr Asiya ölkələrində ciddi böhrana səbəb olub. “Financial Times” qəzetinin məlumatına görə, regiondakı gərginlik səbəbindən yaranan tədarük problemləri Hindistan, Pakistan və Banqladeşdə ciddi fəsadlar yaradıb. Hindistanda qaz çatışmazlığı səbəbindən krematoriyalarda problemlər yaranıb, restoranlar isə fritüzdə yemək hazırlamağı dayandırmaq məcburiyyətində qalıb. Pakistanda hökumət dövlət qulluqçularını dördgünlük iş həftəsinə keçirib. Banqladeşdə isə universitetlər müvəqqəti olaraq bağlanıb. Goldman Sachs-dan sərt proqnoz Beynəlxalq maliyyə qurumu Goldman Sachs analitikləri bölgədəki vəziyyətlə bağlı proqnozlarını açıqlayıb. Analitiklərin hesablamalarına görə, münaqişənin aprel ayına qədər davam etməsi və Hörmüz boğazında iki aylıq hərəkət dayanmasına səbəb olması halında, Qətər və Küveytin ÜDM-i bu il…

Read More

SOCAR “Palmali” Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəlib GDP  bu barədə Türkiyənin “Ekonomim” nəşrinə istinadən xəbər verir. Azərbaycan və Türkiyə vətəndaşı olan Mübariz Mənsimov tərəfindən idarə olunan “Palmali” Qrupu 2023-cü ilin iyun ayında iddialar irəli sürərək arbitraj prosesinə başlayıb. Proses 2025-ci ilin noyabr ayında Böyük Britaniyanın London şəhərində keçirilən üç həftəlik dinləmə ilə yekunlaşıb. Dinləmələr zamanı Mübariz Mənsimov və “Palmali” tərəfinin digər şahidləri şəxsən ifadə veriblər. “Palmali” tərəfi bir neçə İngiltərə və ABŞ hüquq firması, eləcə də ingilis vəkillər komandası tərəfindən təmsil olunub.

Read More

Son məlumatlara əsasən, qlobal maliyyə bazarlarında qarışıq bir mənzərə müşahidə olunur. GDP xəbər verir ki,  Bitcoin 73,683.0 dollar səviyyəsində ticarət olunmaqla son dəyişimlə 2360.0 dollar, yəni təxminən 3.31% dəyər qazanaraq investorların diqqətini cəlb edir. Bu yüksəliş kriptovalyuta bazarındakı müsbət əhvali-ruhiyyəni əks etdirir. Bunun əksinə olaraq, ABŞ Dollar İndeksi cüzi də olsa geriləyərək 0.14% azalma ilə 100.22 səviyyəsinə enib. Asiya bazarlarına nəzər yetirdikdə, Şanxay Kompozit İndeksi 29.05 bənd, 0.71% düşüşlə mənfi ayrılarkən, Hang Seng Fyuçersləri 266.5 bənd artaraq 1.05% yüksəliş qeydə alıb. Eyni şəkildə Nikkei 225 Fyuçersləri də 395.0 bənd artım və 0.75%-lik yüksəlişlə müsbət performans göstərib. Avropa tərəfdə Euro Stoxx…

Read More

Məşhur zərgərlik brendi Jacob & Co və kripto şirkəti GoMining-in birgə layihəsi olan “Epic X GoMining” qol saatı həm eksklüziv aksesuar, həm də gəlir mənbəyinə çevrilir. “Dəbdəbə” və “texnologiya”nın kəsişməsində maraqlı bir yenilik ortaya çıxıb. Məşhur zərgərlik və saat brendi Jacob & Co, blokçeyn texnologiyaları şirkəti GoMining ilə əməkdaşlıq çərçivəsində “Epic X GoMining” adlı xüsusi qol saatını təqdim edib. Qiyməti 40 min dollar olan bu saat, sadəcə vaxtı göstərmir, həm də sahibinə Bitcoin (BTC) qazandırmağı vəd edir. Şirkətdən verilən məlumata görə, saatın özü fiziki olaraq “mining” (yəni kriptovalyuta çıxarılması) etmir. Bunun əvəzində, saat sahibinə GoMining şirkətinin sənaye miqyaslı məlumat mərkəzlərindəki…

Read More

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı nəqliyyat və telekommunikasiya infrastrukturu üzrə maliyyələşdirmə və investisiya imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Sonda Azərbaycanın nəqliyyat və telekommunikasiya infrastrukturu sektorlarında investisiya layihələrinin müəyyənləşdirilməsi, hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq çərçivəsinin formalaşdırılması məqsədilə AZCON Holding ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, martın 9-13-nü əhatə edən səfər çərçivəsində AZCON Holding-in…

Read More

Qlobal maliyyə bazarlarında son ticarət sessiyasında fərqli aktiv sinifləri üzrə qarışıq dinamika müşahidə olunub. GDP xəbər verir ki, bir tərəfdən enerji bazarında qiymət artımı diqqət çəkib, digər tərəfdən isə səhm indeksləri və bəzi sənaye metalları üzrə eniş qeydə alınıb. Kriptovalyuta bazarında Bitcoin zəif dinamika nümayiş etdirib. BTC/USD məzənnəsi 69 399 dollar səviyyəsinə geriləyərək 192 dollar və ya 0,28% azalıb. Bu, investorların riskli aktivlərə marağının qismən zəiflədiyini göstərir. Valyuta bazarında isə ABŞ dolları möhkəmlənmə tendensiyası nümayiş etdirib. ABŞ Dollar İndeksi (DXY) 99,47 bəndə yüksələrək 0,20% artım göstərib. Dolların güclənməsi adətən qlobal maliyyə bazarlarında risk iştahasının azalması və investorların daha təhlükəsiz aktivlərə…

Read More

2025-ci il Azərbaycanda pul siyasətinin tədricən yumşaldılması ilə yadda qalıb və bu proses maliyyə bazarlarının əsas göstəricilərində də öz əksini tapıb. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjası tərəfindən hazırlanan “Azərbaycan Kapital Bazarına Baxış: Yanvar–Dekabr 2025” bülletenində qeyd olunub. Bülletendə bildirilir ki, ilin əvvəlində 7,25% səviyyəsində olan yenidən maliyyələşdirmə dərəcəsi 2025-ci ilinin dekabr ayına qədər 6,75%-ə endirilib. Eyni zamanda faiz dəhlizi 8,25%-6,25% intervalından 7,75%-5,75% aralığınadək daraldılıb. Hesabatda qeyd edilir ki, banklararası bazarın göstəriciləri də bu yumşalma mərhələsini aydın şəkildə əks etdirib. Belə ki, 1 həftəlik AINA indeksi 2025-ci ilin ortalarınadək azalma tendensiyasını davam etdirərək faiz dəhlizinin aşağı həddi…

Read More