- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
İnnovasiya lideri “Bakcell” Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib. “Bakcell” sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına, əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu addım “Bakcell”in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Qeyd edək ki, bu addım “Bakcell”in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf, həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.…
2026-cı ilin yanvar – fevral aylarında Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar. GDP Dövlət Gömrük Komitəsinə istinadən təqdim edir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SARDA Group və Çinin iSoftStone şirkəti arasında birgə görüş keçirilib. Görüşün əsas mövzusu innovasiya və texnologiya sahəsində əməkdaşlıq üçün potensial tərəfdaşlıq imkanlarının araşdırılması olub. Müzakirələr zamanı texnoloji inkişafa dəstək ola biləcək və ölkənin böyüməkdə olan innovasiya ekosisteminə töhfə verməsi gözlənilən birgə layihələrə dair fikir mübadiləsi aparılıb. Çinli iSoftStone şirkətinin nümayəndə heyətinə şirkətin İcraçı Vitse-Prezidenti Li Huanq rəhbərlik edib. Görüşdə hər iki tərəf ikitərəfli əməkdaşlığın gücləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş birgə təşəbbüslər barədə fikirlərini bölüşüblər.
Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 100 şəhid ailəsi ziyarət olunub. Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Quba və Qusar rayonları üzrə II Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Görüşlər zamanı ailələrə Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim olunub.
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat 17:00-da İctimai Televiziyada izləyə bilərsiniz. Yarışın qaydalarına əsasən, mövsüm ərzində komandalar “Nar” Kuboku uğrunda mübarizə aparacaqlar. Mart, aprel, may və iyun aylarının çempion komandaları isə mövsümün həlledici mərhələsinə vəsiqə qazanacaq. Böyük Final oyunu 5 iyul tarixində keçiriləcək və mövsümün qalibi məhz bu oyunda müəyyənləşəcək. Qeyd edək ki, elm və təhsilin təşviqi “Nar”ın korporativ sosial…
2025-ci ili ərzində Azərbaycanın cari əməliyyatlar balansı 3.5 milyard ABŞ dolları profisitlə nəticələnib.Cari əməliyyatlar balansında ötən il 5milyard dollarlıq kəsir yaranıb.Eyni zamanda hesabat dövründə strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb, GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib. S. Nəsirov bildirib ki, cari əməliyyatlar balansında ÜDM-in 4.6%-i yaxud 3.5 milyard dollar səviyyəsində profisit qeydə alınıb ki, bu da makroiqtisadi sabitlik baxımından əhəmiyyətli haldır.
“Rəqəmsal Ödənişlər İcmalı 2025” çərçivəsində Milli Ödəniş Sisteminin əsas iştirakçıları üzrə 2023-2025-ci illəri əhatə edən dövriyyə göstəriciləri təqdim olunub. GDP xəbər verir ki,icmalda həm iştirakçıların say dinamikası, həm də ödəniş həcmləri üzrə müqayisəli statistika əksini tapıb. Mərkəzi Bankın “Rəqəmsal ödənişlər icmalı – 2025” buraxılışında bildirilir ki,2025-ci il ərzində Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 840.9 mlrd. manat olmuş və ÜDM-in 6 mislini təşkil etmişdir. Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% yüksələrək 99.1 mlrd. manat olmuşdur.…
Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. Bunu “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib. Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir: “ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə Assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istəyərdik, amma həmin ölkələrdə quşçuluq müəssisələri…
Rabitəbank müştərilərinə daha rahat və sərfəli alış imkanları təqdim etmək məqsədilə Taksit kartı üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri həm gündəlik alışlarını, həm də onlayn ödənişlərini əlavə komissiya ödəmədən rahat şəkildə taksitə bölə biləcəklər. Yeni kampaniyaya əsasən onlayn alış-veriş əməliyyatları 12 ayadək 0% komissiya ilə taksitə bölünə bilər. Taksit kartı ilə istənilən satış məntəqəsində həyata keçirdikləri nağdsız ödənişlər isə 6 ayadək tam komissiyasız taksitləşdirmək mümkündür. Bu imkan müştərilərə həm gündəlik xərclərini, həm də planlaşdırdıqları alışları daha rahat şəkildə idarə etməyə şərait yaradır. Kampaniyanın digər üstünlüklərindən biri də nağdlaşdırma üzrə təqdim edilən güzəştdir. Belə ki, kampaniya…
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) adından istifadə edən kurslarla bağlı xəbərdarlıq edib. GDP xəbər verir ki, qurum bəyan edib ki, son günlər bəzi özəl tədris mərkəzlərinin ETX-nin adından istifadə edərək kurslar keçirməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır. “Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər. ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil. ETX-nin…
