- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
YouTube rəsmi olaraq dünyanın ən böyük media şirkətinə çevrilib. Platformanın illik gəliri 62 milyard dollar həddinə çatıb ki, bu da onu ənənəvi media nəhənglərindən qat-qat önə çıxarır. GDP xəbər verir ki, rəqəmlərlə YouTube imperiyasına nəzər saldıqda, platformanın reklam gəlirləri ildə təxminən 40,4 milyard dollar təşkil edir. Bu göstərici Disney, NBC, Paramount və Warner Bros kimi nəhəng media şirkətlərinin birlikdə əldə etdiyi reklam gəlirini üstələyir. Bununla da yanaşı, YouTube abunə xidmətlərindən də böyük gəlir əldə edir. YouTube Premium, YouTube Music və onlayn televiziya xidmətlərindən əldə edilən abunə gəlirləri ildə əlavə 22 milyard dollar təşkil edir. Beləliklə, platformanın ümumi illik gəliri 62…
ABŞ-ın sabiq prezidenti Donald Tramp Strateji Neft Ehtiyatından stifadə etməyi planlaşdırdığını bəyan edib. GDP xəbər verir ki, Tramp çıxışında neft qiymətlərinin gözləniləndən daha sürətlə düşəcəyini iddia edib: “Bazar yaxşı dayanır. Qiymətlər çox əhəmiyyətli dərəcədə enir. Neft düşəcək. Bu, sadəcə müharibə məsələsidir! Bu baş verir!” Lakin Trampın bu açıqlamasından sonra qlobal bazarlarda əks effekt yaranıb. Dünyanın əsas etalonu hesab edilən Brent neftinin qiyməti 93 dollara qədər yüksəlib. Bu artım bazarlardakı qeyri-müəyyənlik və geosiyasi gərginliklərlə əlaqələndirilir. Qeyd edək ki, hazırda ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) cəmi 60% həcmində doludur. Ekspertlər bunu son onilliklərlə müqayisədə “tənqidi aşağı səviyyə” kimi qiymətləndirirlər. Məlumata görə, ABŞ…
SOCAR Türkiyə-nin Baş İcraçı Direktoru Elçin İbadov, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun Vaşinqtonda keçirilən nüfuzlu tədbirdə iştirakını yüksək qiymətləndirib. GDP xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Vaşinqtonda baş tutan tədbirdə Bakı Fond Birjasının rəhbəri Ruslan Xəlilov, Azərbaycanın iqtisadi və maliyyə gələcəyinə dair panel müzakirələrində iştirak edib. Elçin İbadov sosial media hesabında paylaşdığı fikirlərində, gənc peşəkarların beynəlxalq səviyyədə əldə etdiyi uğurların qürurverici olduğunu vurğulayıb. O, uzun illər əvvəl tanıdığı Ruslan Xəlilovun intellektual marağı, intizamı və öyrənməyə bağlılığının şahidi olduğunu xatırladaraq, onun bu gün Azərbaycanın maliyyə sektorunu beynəlxalq platformada təmsil etməsindən ilham aldığını bildirib. SOCAR-ın rəhbəri Azərbaycanın…
Bank Respublika-nın Baş İcraçı Direktoru Tariyel İsmayılov, ənənəvi “Town Hall” tədbirində bankın komandası ilə bir araya gəlib. GDP xəbər verir ki, tədbirdə 2025-ci ilin yekunları qiymətləndirilib, görülən işlərə görə komanda üzvlərinə təşəkkür edilib və əldə edilən uğurlar münasibətilə təbriklər çatdırılıb. Bank rəhbərliyi növbəti dövr üçün prioritetlər, gözləntilər və qarşıdakı planlar barədə komanda ilə fikir mübadiləsi aparıb. Tariyel İsmayılov bankın qarşıdakı illərdə intensiv inkişaf tempini daha da artıracağına əmin olduğunu bildirib. O, istedadlı və peşəkar komanda ilə bütün hədəflərə birgə nail olacaqlarına inamını ifadə edib.
Nvidia Nebius-a 2 milyard ABŞ dolları sərmayə qoydu
Bu ilin fevral ayında Azərbaycanda orta gündəlik xam neft hasilatı 458 min barel təşkil edib. Bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib. GDP xəbər verir ki, yanvar ayı ilə müqayisədə göstərici 1 min barel artaraq eyni səviyyədə qalıb. 2025-ci ilin rübləri üzrə orta gündəlik hasilat birinci rübdə 466 min barel, ikinci rübdə 461 min barel, üçüncü və dördüncü rüblərdə isə 459 min barel olub. “OPEC+” razılaşmasına əsasən, Azərbaycanın 2026-cı il üçün gündəlik hasilat kvotası 551 min barel müəyyən edilib. Fevralda faktiki hasilat kvotadan 93 min barel aşağı olub. Ötən il ölkədə orta gündəlik neft hasilatı 461 min barel təşkil edib…
Mastercard 85 kriptovalyuta şirkətini birləşdirərək sərhədlərarası və B2B ödənişlərini hədəfləyən tərəfdaşlıq proqramı başladıb.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov aparıcı broker şirkətləri ilə əməkdaşlıq çərçivəsində bankın səhmlərinin investorlara daha əlçatan platformalar vasitəsilə təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, bu addım kapital bazarının inkişafı baxımından əhəmiyyətli mərhələdir. “Əminəm ki, ‘PAŞA Bank’ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan bir addım kimi görürük”, – deyə Süleymanov qeyd edib. IPO çərçivəsində bank səhmlərin 5%-ni investorlara təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk İlkin Kütləvi Təklif olacaq.…
OPEK-in aylıq hesabatında bildirilir ki, 2026-cı ildə dünyada neftə tələbat 1,38 milyon barel/gün artaraq 106,53 milyon barel/gün təşkil edəcək. GDP xəbər verir ki,alyansın analitikləri ilk dəfə 2025-ci ilin avqustunda açıqladıqları bu qiymətləndirməni bir daha təsdiqləyiblər. OPEK son hesabatında 2025-ci il üçün dünya neft tələbatı proqnozunu simvolik olaraq dəyişib – 105,14 milyon barel/gündən 105,15 milyon barel/günə; 2026-cı il üçün -106,52-dən 106,53 milyon barel/günə; 2027-ci il üçün isə – 107,86 milyon barel/gündən 107,87 milyon barel/günə qaldırıb. Beləliklə, gələn il tələbatın bu ilin proqnoz səviyyəsinə nisbətən artımı 1,34 milyon barel/gün təşkil edə bilər ki, bu da OPEK-in ötən ay verdiyi qiymətləndirməyə uyğundur.
Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biri olan “PAŞA Bank” ilə “PAŞA Kapital” (baş anderrayter qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb. GDP xəbər verir ki, sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Razılaşmaya əsasən, investorlar “PAŞA Bank”ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər. Səhm alışının bütün mərhələləri – investisiya hesabının açılması, sifarişlərin verilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunması – tam şəkildə onlayn həyata keçiriləcək. Səhmlərin bir neçə platforma üzərindən təklif edilməsi həm şəffaflığı təmin edir, həm də geniş investor…
