Author: Aynure Gdp

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov mərkəzləşdirilmiş fırıldaqçılıqla mübarizə həllərinin reallığı barədə açıqlama verib. GDP xəbər verir ki  o, bu həllərin artıq bir çox ölkələrdə uğurla tətbiq edildiyini və nəzəri bir konsepsiya olmadığını vurğulayıb. Rüstəmov, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard tərəfindən birgə həyata keçirilən son araşdırmaya istinad edərək, rəqəmsal ödənişlərdə müştərilərin fırıldaqçılıq qorxusunun hələ də əsas maneələrdən biri olduğunu bildirib. Araşdırmaya görə, 2023-cü ildə qlobal rəqəmsal ödənişlərdə fırıldaqçılıq nəticəsində itkilər 20 milyard dollar təşkil edib və bu rəqəmin 2026-cı ilə qədər 40% artacağı proqnozlaşdırılır. Ekspert qrupunun rəhbəri qabaqcıl, mərkəzləşdirilmiş fırıldaqçılıqla mübarizə…

Read More

Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barreli 8,41 dollar artaraq 103,03 dollar olub. Bu barədə GDP -yə neft bazarındakı mənbə məlumat verib.. Məlumata Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 8,41 ABŞ dolları və ya 9,5 % artaraq 103,03 ABŞ dolları təşkil edib.

Read More

Brend markalı neftin qiymətləri çərşənbə axşamı səhər saatlarında düşür. Londonun ICE Futures birjasında may fyuçersləri üzrə Brent markalı neftin dəyəri Moskva vaxtı ilə 8:16-ya olan məlumata görə, barel üçün 92,89 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin yekunundan 6,07 dollar (6,13%) aşağıdır. Nyu-York Əmtəə Birjasının elektron ticarətində aprel fyuçersləri üzrə WTI nefti bu vaxta qədər qiymətdə 6,19 dollar (6,53%) ucuzlaşaraq barel üçün 88,58 dollar olub. Qiymətlər, hər iki markanın barel üçün təxminən 120 dollar səviyyəsində ticarət olunduğu bazar ertəsi günü əldə edilmiş üç ildən çox müddətin maksimumlarından geri çəkilir.

Read More

Amerika fond indeksləri, bazar ertəsi seansın əvvəlində aktiv şəkildə düşərək, daha sonra istiqamət dəyişdi və ticarəti müsbət zonada başa vurdu. İnvestorların diqqət mərkəzində Yaxın Şərq münaqişəsi idi. Bu səbəbdən region ölkələri neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaldır. Brent və WTI markalı neftin qiymətləri ticarət zamanı barel üçün 119 dolları keçdi. Onlar seansı barel üçün 100 dolların altında başa vursalar da, bu, yenə də 2022-ci ildən bəri ən yüksək səviyyə oldu. Dow Jones indeksi 0,5% artaraq 47.740,8 bənd təşkil etdi. İndeksdə artım liderləri Caterpillar Inc. (+3,5%), Nvidia Corp. (+2,7%) və Amgen (+2%) səhmləri olub, Cisco Systems səhmləri isə 3,1%,…

Read More

Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır.

Read More

Asəf Hüseynov Akif oğlu PAŞA Maliyyə Holdinqinin İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə və Risk Direktoru təyin edilib. GDP xəbər verir ki, o, bu barədə 9 mart 2026-cı il tarixində sosial şəbəkə hesabında məlumat paylaşıb. Yeni təyinatından qürur və həyəcan hissi keçirdiyini bildirən Asəf Hüseynov PAŞA Maliyyə Holdinqinin bank, sığorta və digər maliyyə xidmətləri sahələrində güclü və dayanıqlı maliyyə ekosistemi qurmaqda davam etdiyini vurğulayıb. “Məqsədimiz, iqtisadi inkişafı dəstəkləyən, müştərilərimiz, tərəfdaşlarımız və cəmiyyətlər üçün uzunmüddətli dəyər yaradan, yaxşı kapitallaşmış və gələcəyə hesablanmış maliyyə qrupu olmaqdır”, – deyə o qeyd edib. Asəf Hüseynov daha əvvəl, 26 avqust 2025-ci il tarixində “PAŞA Bank”…

Read More

ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatı neft bazarında kəskin enişə səbəb olub. GDP xəbər verir ki, Tramp verdiyi açıqlamada bildirib ki, İranla müharibə demək olar ki, başa çatıb: “Onların artıq nə donanması, nə Hərbi Hava Qüvvələri, nə də rabitə sistemi qalıb”. Prezidentin bu sözlərindən sonra neftin qiyməti sürətlə geriləyərək 85 dollar həddinədək enib.

Read More