Author: Aynure Gdp

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadılıb. Yüksək maraq nəzərə alınaraq müraciətlərin qəbulu üçün son tarix 10 aprel 2026-cı il olaraq müəyyən edilib. Sərgi 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda 35 min kvadratmetr sahədə təşkil ediləcək. Beynəlxalq miqyasda on minlərlə ziyarətçinin iştirak edəcəyi tədbirdə ölkələr, şəhərlər, bələdiyyələr, BMT təşkilatları, akademik institutlar, beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəl şirkətlər iştirak edə bilər. Kiçik stendlərdən iri pavilyonlaradək müxtəlif formatlarda təşkil olunacaq sərgi adekvat mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiyalar və inklüziv şəhər inkişafı kimi prioritet istiqamətlər…

Read More

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) vətəndaşlara qarşı həyata keçirilən genişmiqyaslı fişinq kampaniyasını aşkar edib. 580-ə yaxın yerli domenə aid e-poçt ünvanına və 12 mindən çox vətəndaşa saxta məktublar göndərilib. GDP xəbər verir ki, məktublarda hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham bildirişləri yer alıb. Xidmət vətəndaşlara şübhəli məktubları açmamağı, linklərin doğruluğunu yoxlamağı, şübhəli əlavələri yükləməməyi və belə hallarla qarşılaşdıqda quruma məlumat verməyi tövsiyə edir.

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən həyata keçirilən anderraytinqin təşkili üzrə Təlimat”ı (Təlimat) təsdiqləyib. Bu barədə AMB-yə istinadən xəbər verilir. Məlumata görə, sözügedən Təlimat “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 17.2.9-cu yarımbəndinə uyğun olaraq tərtib edilən daxili qaydaların hazırlanmasına, həmçinin kütləvi təklif üsulu ilə yerləşdirilən qiymətli kağızların anderraytinqinin həyata keçirilməsinə dair digər metodoloji əsasları müəyyən edir. Təlimatın məqsədi emitentin maliyyə vəziyyəti, korporativ idarəetməsi, riskləri və onların idarə edilməsi barədə potensial investorların hərtərəfli məlumatlandırılmasını təmin etməkdir. Təlimat anderraytinq fəaliyyətini 4 əsas mərhələ üzrə strukturlaşdırır və hər bir mərhələ üzrə metodoloji yanaşmaları müəyyən edir.…

Read More

Cari ilin yanvar-fevral aylarında əmlak sığortası blokunda nəzərəçarpacaq artım qeydə alınıb. GDP xəbər verir ki, ümumi haqlar 40,309 min manatdan 47,878 min manata yüksəlib – bu, 18,8% artım deməkdir. Ödənişlər isə 6,027 min manatdan 6,754 min manata çataraq 12,1% artıb. Bu sinif üzrə ən çox diqqəti cəlb edən dinamika yanğın riskləri, su nəqliyyatı və kənd təsərrüfatı heyvanları sığortasında müşahidə olunub. Xüsusilə əmlakın yanğından və digər risklərdən sığortası üzrə göstəricilər kəskin artım nümayiş etdirir. Bu seqmentdə sığorta haqları ötən ilin eyni dövründəki 12,398 min manatdan 18,306 min manata yüksələrək 47,7% artıb. Ödənişlər isə 163 min manatdan 409 min manata qalxıb –…

Read More

Cari ilin yanvar fevral ayları ərzində sığorta bazarı ümumi 277.562 min manat həcmindən 281.206 min manata yüksəlmiş, yəni +3.644 min manat  və ya 1,3% artım qeydə alınmışdır. Bununla paralel olaraq, ümumi sığorta ödənişləri 108.595 min manatdan 149.800 min manata yüksəlmiş, bu isə +41.205 min manat (+38,0%) artım deməkdir. Ödənişlərin haqlardan xeyli sürətlə artması bazarın yetkinləşməsini, sığorta hadisələri tezliyinin yüksəldiyini və risk mühitinin dəyişdiyini aydın şəkildə ortaya qoyur. Könüllü sığorta sektorunda müsbət dinamika davam etmişdir. Bu seqmentdə haqlar 220.090 min manatdan 234.436 min manata artmış, yəni +14.346 min manat  və ya 6,5% artım əldə edilmişdir. İcbari sığortada isə əksinə, haqlarda ciddi…

Read More

Mərkəzi Bankın əməkdaşları beynəlxalq layihə çərçivəsində elmi tədqiqat işi dərc ediblər GDP xəbər verir ki, Mərkəzi Bank İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Cenevrə Ali İnstitutunun birgə təşkil etdiyi “İkitərəfli Yardım və Mərkəzi Bankların Potensialının Gücləndirilməsi (BCC)” proqramı çərçivəsində yeni elmi tədqiqat işi həyata keçirib. Tədqiqat “Likvidlik şəraitindən asılı overnayt banklararası faiz dərəcəsinin dəyişkənliyi: əsas determinantlar və siyasət tövsiyələri” mövzusuna həsr olunub. GDP xəbər verir ki,elmi məqalənin müəllifləri Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov, Tədqiqatlar departamentinin əməkdaşları Aygün Qarayeva, Elmir Muxtarov və Əli Hacılıdır. Onlar 2025-ci ildə üç ay ərzində xarici ekspertlərlə birgə bu tədqiqat üzərində çalışıblar. Tədqiqat…

Read More

Məlum olduğu kimi, 20-30 mart 2026-cı il tarixlərdə ölkə ərazisində Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri təyin olunmuşdu. Azərbaycan Sığortaçılar Assosiasiyası bildirir ki, qeyd olunan tarixdə paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində istər bayram şənlikləri və tətil səyahətləri zamanı, istərsə də respublika ərazisində qeydə alınmış normadan artıq yağışlar nəticəsində müxtəlif səpkili hadisələr qeydə alınmışdır. Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 20-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi…

Read More

AzəRe Reinsurance şirkəti Antalyada keçiriləcək ExploRe & ReConnext 2026 zirvəsində iştirakını açıqlayıb. GDP xəbər verir ki, dünyanın aparıcı sığorta və təkrarsığorta təşkilatlarını bir araya gətirəcək tədbirdə Şərqi Avropa və Avrasiyada bazarın təkamülü, siyasi zorakılıq və terrorizm, fəlakət modelləşdirilməsi, müasir mobillik və rəqəmsal transformasiya, kiber risk və məhkəmə mühasibatlığı, ESG təminatı, həmçinin təkrarsığorta bazarlarına dair yeniliklər müzakirə olunacaq. Zirvə qlobal (təkrar)sığorta sənayesində strateji tərəfdaşlıqların qurulması, innovasiyaların təşviqi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi üçün mühüm platforma hesab olunur. Qeyd edək ki, tədbirdə sığorta şirkətləri, təkrarsığortaçılar, brokerlər, investorlar və həll təminatçılarından ibarət geniş iştirakçı heyətinin iştirakı gözlənilir.

Read More

Bugün səhər saatlarında Bitcoin dollara nisbətən 68106 dollar səviyyəsindədir və 445 dollarlıq artımla kriptovalyuta bazarında müsbət əhval-ruhiyyənin davam etdiyini göstərir. Eyni zamanda, ABŞ dollar indeksi 99.83 dəyərində olmaqla cüzi- 0.06% bir azalma qeydə alınıb ki, bu da dolların digər əsas valyutalar qarşısında bir qədər dəyər itirdiyini göstərir. Asiya bazarlarına nəzər salsaq, Şanxay fond indeksi 3944.80 səviyyəsinə yüksələrək 52.94 bənd artıb. Hang Seng və Nikkei 225 fyüçersləri də müvafiq olaraq 25286.5 və 53437.5 səviyyələrindədir və hər ikisi yüksəliş trendini qoruyur. Avropada Euro Stoxx 50 fyüçersləri 5591.0-a qalxaraq 96.0 bənd artıb, ABŞ-da isə S&P 500 fyüçersləri 6581.75 səviyyəsindədir və 11.00 bəndlik yüksəlişlə…

Read More

2026-cı ilin ilk rübündə qlobal iqtisadiyyat yenidən enerji bazarlarından qaynaqlanan güclü şokla üzləşib. Neft qiymətlərinin kəskin bahalaşması fonunda inflyasiya təzyiqləri artıb və bu, mərkəzi bankların qarşısında klassik qeyri-müəyyənlik sualını  yenidən aktuallaşdırıb: qiymət sabitliyini qorumaq, yoxsa iqtisadi artımı dəstəkləmək? Goldman Sachs analitiklərinin də qeyd etdiyi kimi, inkişaf etmiş iqtisadiyyatlar adətən belə şoklara 2 mərhələdə reaksiya verirlər – əvvəlcə inflyasiya risklərinə qarşı faizləri artırır, daha sonra isə iqtisadi aktivlik zəiflədikcə yumşalmaya keçirlər. Lakin məlumdur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) bu qlobal yanaşma əsasında deyil, daha spesifik daxili və xarici şərtlər fonunda qərar verir. Son dövrlərdə Azərbaycan Mərkəzi Bankı artıq yumşaq pul…

Read More