Author: Aynure Gdp

Həftə sonu ABŞ-da neft fyuçerslərinin qiyməti kəskin yüksələrək barrel üçün 97 dollar səviyyəsinə çatıb. GDP xəbər verir ki, bu artım Fars körfəzindəki iri neft istehsalçılarının hasilatı dayandırmağa başlaması ilə əlaqələndirilir. Son məlumatlara görə, qiymətlərdə son sıçrayış təxminən 4 dollar və ya 6 faiz təşkil edərək barrel üçün təxminən 94 dollar səviyyəsində qərarlaşıb. Ekspertlər bu bahalaşmanı regional gərginlik və tədarük zəncirindəki problemlərlə əlaqələndirirlər.

Read More

Azərbaycanda qadınlar demoqrafik və iqtisadi strukturun mühüm hissəsini təşkil edir. Rəsmi statistik məlumatlara görə, ölkə əhalisinin 50,2%-i qadınlardan ibarətdir və bu fakt onların sosial-iqtisadi inkişaf prosesində böyük potensiala malik olduğunu göstərir. Əmək bazarında da qadınların iştirak səviyyəsi kifayət qədər yüksəkdir: məşğul əhali arasında qadınların payı 48,4%, iqtisadi fəal əhali arasında isə təxminən 48% təşkil edir. Bu göstəricilər qadınların Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını təsdiqləyir. Bununla belə, əmək bazarında gender bərabərliyinin tam təmin edilməsi hələ də aktual məsələ olaraq qalır. Statistikaya görə, qadınlar arasında işsizlik səviyyəsi 6,1%, kişilər arasında isə 4,6% təşkil edir. Ümumilikdə ölkədə işsizlərin 55,6%-i qadınlardır. Bu göstərici qadınların…

Read More

2025-ci ildə Rusiyadan çay idxal edən ölkələr arasında Belarus təxminən 44 milyon dollarla birinci, Qazaxıstan 17 milyon dollarla ikinci, Azərbaycan isə təxminən 7 milyon dollarla üçüncü yerdə qərarlaşıb. GDP xəbər verir ki,  “Agroexport”un məlumatına görə, Rusiya ötən il xarici bazarlara ümumilikdə 12 min tondan çox çay ixrac edib. Bu ixracın ümumi dəyəri isə 96 milyon ABŞ dolları təşkil edib. Statistikaya əsasən, ixracın əsas hissəsini qara çay təşkil edir və onun payı 78%-dir. Yaşıl çayın payı 16% olub. Qalan hissə isə dad və ətir əlavələri olan çay məhsullarından ibarət olub.

Read More

Dünyanın iki ən böyük fondu investorların geri çəkə biləcəyi vəsaitin məbləğini məhdudlaşdırıb. GDP xəbər verir ki, BlackRock özünün özəl kredit fondundan 1,2 milyard dollar həcmində vəsaitin çıxarılması ilə bağlı müraciətləri dondurub. Aktivləri 26 milyard dollar olan bu fondun investorları vəsaitlərinin 9,3%-ni geri çəkmək istəyiblər. Lakin BlackRock çıxarışları məhdudlaşdıraraq maksimum 5% səviyyəsində icazə verib. Aktivləri 82 milyard dollar olan Blackstone fondu da eyni həftə ərzində rekord sayda vəsait çıxarılması müraciətləri ilə üzləşib. Çıxarış xərclərini qarşılamaq üçün Blackstone öz vəsaitlərindən 400 milyon dollar yatırmalı olub. Oxşar problemlər Blue Owl OBDC II fonduna da təsir edib və burada vəsaitlərin çıxarılması müvəqqəti olaraq dayandırılıb.

Read More

Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib. GDP xəbər verir ki, bu artım ABŞ-ın Hörmüz boğazında tankerlərin müşayiəti ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməsi fonunda baş verir. ABŞ Energetika naziri Kris Rayt bildirib ki, Vaşinqton artıq tankerlərin dərhal müşayiətinə başlamağı planlaşdırmır. Yeni strategiyaya əsasən, əvvəlcə İranın mövqeləri zəiflədilməli, yalnız bundan sonra vəziyyət uyğun olduqda Hörmüz boğazından keçən gəmilərin müşayiəti təmin edilməlidir. Ekspertlərin fikrincə, belə yanaşma həm regionda geosiyasi gərginliyin artmasına, həm də enerji bazarlarında qiymətlərin yüksəlməsinə təsir göstərir. Hörmüz boğazı qlobal neft tədarükünün mühüm hissəsinin keçdiyi əsas tranzit marşrutlarından biri hesab olunur. Bazar iştirakçıları qeyd edir ki, yaranmış vəziyyət…

Read More

Bu il ayrılmış limit çərçivəsində Azərbaycanda dövlət xətti ilə ipoteka krediti almaq üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb. GDP xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Fond 2026-cı ildə ipoteka kreditləşməsini davam etdirmək məqsədilə müvəkkil banklara limitlər ayırıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 5 mart saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 6 mart saat 11:00-dan başlanılıb. Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində…

Read More

Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatı formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib və müştəriləri ABB-yə ötürülüb. GDP xəbər verir ki, bu barədə AMB-in İdarə Heyəti qərar verib. Belə ki, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-a çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək. Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və…

Read More

“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi tədbir təşkil edib. Media nümayəndələri üçün keçirilən incəsənət master-klassında iştirakçılar Azərbaycanın yerli brendinin təcrübəli təlimçilərinindəstəyi ilə öz zövqlərini və fərdi üslublarını əks etdirən yaxalıqlar hazırlayıblar. Yaradıcılıq prosesi iştirakçılar üçün həm estetik təcrübə, həm də ünsiyyət və paylaşım imkanı yaradıb. Tədbirin əsas məqsədi jurnalistlər üçün ilhamverici və yaradıcı mühit formalaşdırmaq, onları gündəlik iş qayğılarından qısamüddətli uzaqlaşdırmaqla sənətin ilhamverici təsirini hiss etmələrinə şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə xanım media nümayəndələrinin əməyinə və cəmiyyətdəki roluna dəyər verdiyini bir daha nümayiş etdirib. Qeyd edək ki, mobil operator hər il bayram ərəfəsində…

Read More