- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
Author: Aynure Gdp
Londonun ICE birjasının məlumatlarına görə, “Brent” markalı neftin 2026-cı ilin iyun ayı fyuçerslərinin 1 barrelinin qiyməti hərraclar zamanı 115 dolları ötüb. GDP xəbər verir ki, bu göstərici 2026-cı il martın 19-dan bəri ilk dəfə qeydə alınıb. Bakı vaxtı ilə saat 01:15-ə olan məlumata əsasən, “Brent” fyuçerslərinin qiyməti 2,74% bahalaşaraq 115,65 dollara yüksəlib. Xatırladaq ki, bundan əvvəl “Wall Street Journal” qəzeti treyderlərə istinadən xəbərdarlıq etmişdi ki, əgər Vaşinqton yaxın gələcəkdə İranla münaqişəni diplomatik yolla həll edə bilməsə, ABŞ enerji böhranı ilə üzləşə bilər. Bundan əlavə, ekspertlər ölkələr arasındakı danışıqların nəticəsiz qalacağından ehtiyat edirlər.
Ötən həftə (24–28 mart 2026-cı il tarixləri) Azerilight markalı Azərbaycan neftinin qiymət dinamikasında ümumi olaraq artım tendensiyası müşahidə olunur. GDP xəbər verir ki, həftənin əvvəlində, 24 mart tarixində Azərbaycan neftinin qiyməti 116.05 ABŞ dolları olub. Sonrakı günlərdə qiymətdə müəyyən eniş qeydə alınıb və 26 martda 113.70 ABŞ dollarına düşərək həftənin ən aşağı səviyyəsinə çatıb. Bu, həftənin başlanğıcı ilə müqayisədə 2.35 dollar azalma deməkdir. Lakin bu eniş uzun çəkməyib. Həftənin ikinci yarısından etibarən qiymətlər sürətlə yüksəlməyə başlayıb. 27 martda qiymət 121.25 ABŞ dollarına, 28 martda isə 124.24 ABŞ dollarına qalxaraq həftənin ən yüksək səviyyəsinə çatıb. Beləliklə, cəmi iki gün ərzində qiymət…
“Morgan Stanley” analitikləri süni intellekt (AI) sənayesində formalaşan təhlükəli kapital dövriyyəsi modelinə diqqəti cəlb edib. GDP xəbər verir ki, bankın hesabatında qeyd olunur ki, “OpenAI” ətrafında cəmlənən investisiya dairəsi real gəlirlərdən çox, qarşılıqlı öhdəliklər hesabına böyüyür və bu, genişmiqyaslı sistemli risk yaradır. Hesabata görə, “Microsoft”un “OpenAI”-yə qoyduğu 13 milyard dollarlıq sərmayə, şirkətin bulud xidmətlərinə 250 milyard dollaradək xərcləmə öhdəliyi ilə müşayiət olunub. Eyni zamanda, “Oracle” 300 milyard dollarlıq saziş çərçivəsində əldə etdiyi vəsaiti “Nvidia” çiplərinə yönəldir. “Nvidia” isə “OpenAI”-yə sərmayə qoyur, “OpenAI” isə həmin qrafik prosessorlarını satın alır. Bundan əlavə, “Amazon” 50 milyard dollarlıq yatırım ayırır, “OpenAI” isə “AWS” platformasına…
Son hesabatlar göstərir ki, İranla bağlı hərbi münaqişə dünya bazarlarının ümumi dəyərini 12 trilyon dollar azaldıb. GDP xəbər verir ki, bu rəqəm Almaniya, Yaponiya və Böyük Britaniya iqtisadiyyatlarının cəmindən də çoxdur. Ekspertlər qeyd edir ki, geosiyasi gərginlik, neft qiymətlərindəki kəskin dalğalanmalar və tədarük zəncirlərində yaranan fasilələr qlobal iqtisadiyyata ağır zərbə vurub. İtkilər əsasən enerji bazarları, sərmayə axını və beynəlxalq ticarət mexanizmlərində özünü göstərib.
Son məlumatlara görə, bazarlarda qarışıq bir mənzərə müşahidə olunur. GDP xəbər verir ki,Bitcoin-in dəyəri 68.833 dollar səviyyəsindədir və 2 min dollardan çox ucuzlaşıb. ABŞ dollar indeksi isə 99.86 səviyyəsinə enib. Asiya bazarlarında Şanxay indeksi 3.899,12 bəndə yüksələrək 10 bənd artıb. Honq Konq, Nikkei 225 və Euro Stoxx 50 gələcək müqavilələri də müsbət istiqamətdə hərəkət edir. S&P 500 gələcək müqaviləsi də 24 bəndlik artımla diqqəti cəlb edir. Enerji bazarlarında Brent neftin qiyməti 100,94 dollar səviyyəsindədir və bir qədər geriləmə müşahidə olunur.Təbii qazda kiçik bir artım, ABŞ 10 illik dövlət istiqrazlarının gələcək müqavilələrində isə cüzi eniş var. Qızıl 4.462,55 dollar səviyyəsinə yüksələrək…
Trampın imzası ilk dəfə iyunda 100 dollarlıq əskinaslarda görünəcək GDP xəbər verir ki ,ABŞ Maliyyə Nazirliyi illərlə davam edən ənənələrə zidd olaraq, Trampın imzası ilə ilk 100 dollarlıq əskinasların buraxılışına iyun ayında başlayacaq. Bu barədə Reuters agentliyi nazirliyin açıqlamasına istinadən məlumat yayıb. KİV-in qeyd etdiyinə görə, ABŞ xəzinədarının imzası olmayan əskinasların buraxılışı 165 il ərzində pozulmadan qorunan ənənəyə son qoyacaq və bu, görünməmiş addım olacaq.
Son məlumatlara əsasən, BTC/USD cütlüyü 68.833 dollar səviyyəsində qərarlaşıb və 2.027 dollarlıq azalma ilə dəyər itirib. GDP xəbər verir ki, eyni dövrdə ABŞ dolları indeksi cüzi 0,08% azalaraq 99,86 səviyyəsində olub. Çinin Şanxay indeksi isə 10,04% yüksəlişlə 3.899,12 bəndə çatıb, bu da Çin bazarında güclü bir yüksəlişin yaşandığını göstərir. Asiya bazarlarına nəzər salsaq, Hanq Senq fyüçersləri 214 bənd artaraq 24.979,0-a, Nikkei 225 fyüçersləri isə 717,5 bənd yüksələrək 53.120,0-a qalxıb. Avropa tərəfində də Euro Stoxx 50 fyüçersləri 27,0 bənd artımla 5.519,0-a, S&P 500 fyüçersləri isə 24,00 bəndlik yüksəlişlə 6.549,00-a çatıb. Enerji bazarında Brent neftin qiyməti 0,95 dollar azalaraq 100,94 dollar olub,…
1973-cü ilin 26 mart tarixində Susan Şou London Fond Birjasının polad qapılarından içəri addımlayanda, o, sadəcə bir broker kimi deyil, 172 illik kişi hegemonluğunu qıran bir pioner kimi tarixə düşdü. Lakin bu qələbə nə asan qazanılmışdı, nə də sistemli bərabərsizliyin sonu idi. Bu gün, həmin hadisədən 53 il keçməsinə baxmayaraq, Londonun maliyyə mərkəzi olan “Siti” (The City) hələ də keçmişin kölgələrindən tam xilas ola bilməyib. 1950–60-cı illərdə qadınların birjaya daxil olmaq cəhdləri qarşısında irəli sürülən “texniki infrastruktur çatışmazlığı”- yəni qadın tualetlərinin olmaması- əslində sistemli diskriminasiyanın utancverici bir «səbəbi» idi. Bu arqument o dövrün idarəçiləri tərəfindən ciddi bir hüquqi əsas kimi…
OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb. Bu barədə fondun məlumatında bildirilir. Qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi, eləcə də Avropa ölkələrində inkişaf layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 890 milyon ABŞ dolları məbləğində daha geniş maliyyə paketi çərçivəsində qəbul olunub. Dövlət sektoru üzrə Azərbaycana Sumqayıtda günə 100 min kubmetr gücündə çirkab sularının təmizlənməsi qurğusunun tikintisi layihəsinin həyata keçirilməsi üçün 90,4 milyon ABŞ dolları məbləğində kredit veriləcək. Gözlənilir ki, layihə ən azı 427 min nəfər üçün…
Goldman Sachs ABŞ-da resessiya ehtimalını 30%-ə yüksəltdi.
