- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
Ermənistan hökuməti yerli televiziya kanalları tərəfindən canlı yayımlanan iclasda Fransa İnkişaf Agentliyindən 75 milyon avro məbləğində kredit ayrılmasını təsdiqləyib. GDP xəbər verir ki, bu barədə TASS xəbər verir. Ermənitanın maliyyə naziri Vahe Hovhannisyan bildirib ki, kredit proqramı üç əsas istiqaməti əhatə edir: dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, dövlət qiymətli kağızları və pul bazarlarının infrastrukturunun gücləndirilməsi, həmçinin sahibkarlığın dəstəklənməsi və idarəetmənin şəffaflığının artırılması üçün yeni maliyyə alətlərinin hazırlanması. Bu proqram Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Daxil olan vəsait 2024-cü ildə dövlət büdcəsinin kəsirinin ödənilməsinə yönəldiləcək, kreditin qaytarılma müddəti isə 20 il olacaq.
08 avqust 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 64,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. 06 avqust 2024-cü il tarixində valyuta hərracında tələb 74,8 milyon ABŞ dolları təşkil etmişdi.
Dünya birjalarında anbarlardakı kakao ehtiyatları 4 illik minimuma düşüb GDP xəbər verir ki, kakao paxlası qiymətləri 2 illik sabitlikdən sonra möhkəmlənir Şokolad istehsalçılarının gəlirləri xammalın rekord qiymətləri fonunda çökdü
2024-cü ilin avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5% artıb və 780,5 min olub. GDP xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Qeyd edilib ki, aktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artaraq 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 faiz artaraq 209,1 min təşkil edib. Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 19 mindən çoxdur Naxçıvan Muxtar Respublikasında 1 avqust 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 faiz artıb və 19.219 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 522 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə…
m10 elektron pulqabısı ilə tanınan “Pasha Pay” MMC şirkətinin 100% payçısı “Kapital Bank” ASC-dir.GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin yarımillik hesabatında məlumat verilib. Qeyd edilib ki, “Kapital Bank” 21 may 2024-cü il tarixində “Pasha Pay” MMC şirkətinə 48 milyon 704 min manat investisiya yatırıb. “Kapital Bank” ASC-nin nizamnamə kapitalının 99,87% də “PAŞA Holding” MMC şirkətinə məxsusdur.
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə onlayn iclası keçirilib.GDP xəbər verir ki, iclasda Mərkəzi Bankın nümayəndələri tərəfindən “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi” çərçivəsində ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına yönəlmiş təşəbbüslər diqqətə çatdırılıb.Həmçinin bank-maliyyə institutlarının dayanıqlı iqtisadiyyata keçiddə rolunun artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Rusiyanın onlayn pərakəndə satışı ilə məşğul olan “Ozon” Azərbaycanda satışlara başlayıb və MDB-də biznesini inkişaf etdirən altıncı ölkə olub. GDP xəbər verir ki, bu barədə TASS məlumat yayımlayıb. Bildilir ki,artıq Azərbaycan sakinləri platformada müxtəlif kateqoriyalı 30 milyondan çox məhsul arasından seçim edə bilərlər. Hələlik alışları tərəfdaşların qəbul məntəqələrində qəbul etmək olar, lakin gələcəkdə çeşidin 10 dəfə genişləndirilməsi və logistik infrastrukturun, o cümlədən anbar komplekslərinin və sifarişlərin qəbulu məntəqələri şəbəkəsinin inkişafı planlaşdırılır. Şirkət həmçinin yerli sahibkarları cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axını yaratmağı planlaşdırır. “Ozon”un MDB-də əməliyyatlar üzrə direktoru Aleksey Sapon Azərbaycanda elektron ticarətin sürətlə inkişaf…
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb GDP xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,01 dollar və ya 3,77 faiz artaraq 82,84 dollar olub.
Dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub. 1998-ci ildən fəaliyyət göstərən “CFI Financial Group” qlobal səviyyədə tətbiq olunan onlayn ticarət xidmətlərini Azərbaycan bazarına gətirmək niyyətindədir. Holdinq Azərbaycanda nəzarətinə keçirdiyi investisiya şirkətinin adını bu ilin sonuna qədər dəyişməyi, başqa sözlə rebrendinq etməyi planlaşdırır. “CFI Azərbaycan bazarına daxil olmaqdan məmnundur, çünki bu ölkə iqtisadi potensialına görə strateji əhəmiyyətə malikdir. Biz Azərbaycanda treyderlərlə güclü əlaqələr qurmağı, onların ticarətini ən yüksək standartlarla gücləndirməyi səbirsizliklə gözləyirik”, – deyə CFI-nin həmtəsisçisi və idarəedici direktoru Hişam Mənsur bildirib. Xatırladaq ki, “Azfinance” 2014-cü ildə…
Amerika fond indeksləri çərşənbə günü ticarətin sonunda bir sıra iri şirkətlərin zəif rüblük hesabatlarına görə ucuzlaşıb. GDP xəbər verir ki, dünyanın ən böyük əyləncə və media şirkəti olan Walt Disney Co. üçüncü maliyyə rübündə xalis mənfəətinə qayıdıb və gəlirlərini bazar proqnozlarından daha güclü artırıb. Bununla belə, şirkətin səhmləri 4,5% ucuzlaşıb, çünki mövzu parkının əməliyyat mənfəətinin azalması ekspertləri məyus edib. Tesla-nın bazar dəyəri gün ərzində 4,4% azalıb, Nvidia Corp. – 5,1%, Intel Corp. – 3,6%, Boeing Co. – 1,1%, Walmart Inc. – 1,2%. Dow Jones çərşənbə günü 0,6% azalaraq 38 763,45 bənd olub. İndeks komponentləri arasında ən pis göstəricilər Amgen və…
