Benchmark neft qiymətləri bir gün əvvəl ucuzlaşdıqdan sonra cümə axşamı yüksəlir.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent neftinin oktyabr fyuçerslərinin kotirovkaları bir barel üçün 79,91 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,15 dollar və ya 0,2% çoxdur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında səhər saatlarında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1 barelə görə 0,2 dollar və ya 0,3% artaraq 77,18 dollar olub.