- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
TuranBank ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti başa çatdığı üçün Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsahibədən uğurla keçərək Rauf Kazımov yenidən Bankın Müşahidə Şurasının sədri, Nazim Sadıqov Bankın Müşahidə Şurasının üzvü seçilib. Müşahidə Şurasının yeni üzvü isə Məhəmməd Kələşovdur. 1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə…
TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib. GDP xəbər verir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib. Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur. Xatırladaq ki, TuranBank 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Çində BYD Seal 05 DM-i sedanı sınaqlar zamanı diqqəti cəlb edib. GDP xəbər verir ki,bu, yenidən dizayn edilmiş dizayna malik Destroyer 05 (Chaser/Chazor) sedanıdır. O, 101 at gücü istehsal edən 1,5 litrlik daxiliyanma mühərriki ilə beşinci nəsil DM-i və 163 at gücündə elektrik mühərriki hibrid sistemini alacaq. BYD Destroyer 05-in ölçüləri 4780 x 1837 x 1495 mm-dir. Çində sedanın qiymət diapazonu 79,8-136,8 min yuan təşkil edir.
Azərbaycanda “Instagram” və “Telegram”da narkotik satışı ilə məşğul olan 148 səhifə bağlanıb. GDP xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayımlayıb. Bildirilir ki, İnstaqramda 117 səhifə, Telegramda 31 kanal bloklanıb. Sosial şəbəkələrdə narkotik satışı ilə məşğul olan bir sıra səhifələrin administratorları da həbs edilib: Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin.
“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. GDP xəbər verir ki,şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.
Bu gün Dünyada birja bütün anlamlarda çökür. İnvestorların əksəriyyəti bir müddətdir FED-in gecikmiş faiz qərarından şikayətlənirdilər. Yaponiya birjasında olan kəskin düşüşlər qırmızı siqnalı keçən həftə vermişdi. Bu gün isə ümumi Asiya birjasında kəskin düşüş var. Brentdə də mobillik başlayıb. ABŞ-ın işsizlik məlumatlarına görə 77 ABŞ dollarına enmişdi, indi 75,47, gündəlik itki isə 1,49% təşkil edir. 2015-ci ildə ABŞ-ın ixrac qadağasının götürülməsi və WTI-nin neft emalı zavodlarında mövqeyinin artması ilə neftdə bildiyimiz qaydalar sarsılmağa başladı. Qiymətlərə OPEC+ son hasilatı qərarının da təsiri də var. Əgər indi FED növbədənkənar iclas keçirməyə qərar verərsə və faiz dərəcələrini aşağı salsa, daha pis ola bilər.…
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “PulPal” MMC-yə elektron pul təşkilatı, “Global İnnovations” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi…
Bazar ertəsi Bitcoin-in qiyməti riskli aktivlərin qlobal satışı fonunda kəskin şəkildə aşağı düşüb. GDP xəbər verir ki, CoinDesk-in məlumatına görə, Bakı vaxtı ilə saat 13:25-də bitkoin 10,8% ucuzlaşaraq 52,827 min dollar olub. Son beş seansda kriptovalyuta ilin əvvəlindən demək olar ki, 26% dəyər qazansa da, dəyərinin 21%-dən çoxunu itirib. Birjalardakı ləğvetmələrin həcmi gün ərzində 1 milyard dolları keçib, onların əksəriyyəti ETH və BTC ticarəti ilə bağlıdır. Eter (Eter) dərəcəsi 15,3% azalaraq 2,330 min dollara düşüb. Riskli aktivlərin çöküşünə keçən həftə dərc olunan zəif statistik məlumatlardan sonra ABŞ-da tənəzzül qorxusunun artması səbəb olub.
KASKO sığortalı müştərimizə 33 997 manat ödədik. GDP xəbər verir ki, məlumatı “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti yayımlayıb. Bildilir ki, sığortalı avtomobil hərəkətdə olan zaman anidən önünə çıxan predmetlə toqquşmuşdur. Nəticədə isə avtomobilə dəymiş zərər hesablanmış və müştərimizə ödənilmişdir. Qeyd edək ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti müvafiq sığorta hadisəsi ilə bağlı müştərisinə 33 min 997 manat məbləğində ödəniş həyata keçirib.
Alman istehsalçılarının təxminən yarısı enerji qeyri-müəyyənliyi və böyük bürokratiya fonunda istehsalı azaltmağı və ya xaricə köçməyi düşünür. GDP xəbər verir ki,şirkətlərin gəlirləri və perspektivləri aşağı düşür. Volkswagen və BMW, Çində artan xərclər və sərt rəqabət fonunda əməliyyat mənfəətlərinin ikinci rübdə azaldığını açıqlayıb. Almaniyada işsizlik 6%-ə çatıb – yüksək müavinətlərə görə çoxları işləməməyi daha üstün tutur. Ay ərzində müavinət alan işsizlərin ümumi sayı 82 min nəfər artaraq 2 milyon 810 min nəfərə çatıb.Qurum tərəfindən qeydiyyata alınan vakant yerlərin sayı isə əksinə azalıb.
