- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
Bu ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib. Bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov “AzTV” telekanalında yayımlanan “İqtisadiyyat xəbərləri” verilişində deyib. Onun sözlərinə görə, Fondun xətti ilə indiyənədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb: “Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78 %-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər”. İ. Kələşov qeyd…
Azərbaycan neftinin qiyməti 89 dollara çatıb GDP xəbər verir ki, dünya birjalarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları, yaxud 2,1 % artaraq 89 ABŞ dolları təşkil edib.
Shanghai Composite 1% artaraq 2,970-ə, Shenzhen Komponenti isə 0,8% artaraq 8,915-ə yüksəlib. GDP xəbər verir ki, Donald Trump və Co Bayden ilk ABŞ prezidentlik debatlarında Çinə qarşı tənqidlərə çox diqqət yetirməyərək bazarları təəccübləndirdikləri üçün əvvəlki sessiyadakı itkilər kompensasiya olundu. Bu arada, Şanxay və Shenzhen indeksləri bu ay müvafiq olaraq təxminən 3.9% və 4.7% itirmək istiqamətində irəliləyir.
2023-cü ildə SOCAR-ın Baş rəhbərliyinə ödənişlər açıqlanıb. GDP SOCAR-ın hesabatına istinadən bu barədə xəbər verir ki, 2023-cü il ərzində baş rəhbərliyə cəmi ödənişlər 1 milyon 699 min manat (2022-ci ildə 1 milyon 844 min manat) təşkil edib. 2023-cü ildə SOCAR-ın Baş rəhbərliyinin hər biri orta hesabla 154,5 min manat ödəniş alıb.31 dekabr 2023-cü il tarixinə Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti və 10 vitse-prezident (2022-ci il: SOCAR-ın Prezidenti, onun birinci vitse-prezidenti və doqquz vitse-prezident) daxil olub. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də Qrupun…
Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik. Həmçinin biz yeni kontekstə açıq olmalıyıq. Daha çox investisiya və ideyalar cəlb etməliyik. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) investisiya festivalının açılışında deyib. Nazir bildirib ki, Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizin regionda yeni kontekstdə fəaliyyətə başlaması ilə bağlıdır. “İlk dəfədir ki, Cənubi Qafqazın əməkdaşlıq edə biləcəyini düşünürəm. COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür. Hazırda Azərbaycanın işğaldan…
BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. GDP xəbər verir ki, Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6%-ni KOB subyektləri təşkil edir. Onların 96,8%-i mikro, 2%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54% artıb. Bu dövrdə KOB–ların qeyri-neft/qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat…
Mərkəzi Bank tərəfindən kommersiya banklarının nağd pulla əməliyyat aparan əməkdaşları üçün təqdimatların keçirilməsi davam etdirilir. GDP xəbər verir ki, təşkil olunan növbəti təqdimatda “Pul nişanlarının dəyişdirilməsi ilə bağlı Qanunvericilikdə edilmiş dəyişikliklər” və “Milli və xarici valyuta pul nişanlarının mühafizə sistemi” mövzuları əhatə olunub. Təqdimat aktual məsələlərin müzakirəsi ilə davam edib. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Avrasiya İnkişaf Bankı(AİB) Azərbaycanın banka qoşulmaq üçün müraciətinə baxmağa hazırdır.GDP xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov açıqlama verib. O bildirib, “Belə bir təşəbbüs yaranarsa, AİB Azərbaycanın banka qoşulmaq üçün müraciətinə baxmağa hazırdır.”Qeyd: AİB-in səhmdarları Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstandır.
Azərbaycanda “Sabah city” texnoparkı yaradılacaq. Bunu jurnalistlərə açıqlamasında “Sabah HUB” İnnovasiya Mərkəzinin direktoru Rəhim Bayramlı deyib. O bildirib ki, “Sabah city” Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan layihədir: “Ekosistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmək və tədqiqatlar aparmaq istəyirik. Yaxın iki il ərzində “Sabah city” İnnovasiya Mərkəzinin yaradılmasını düşünürük”. O, həmçinin qeyd edib ki, 25 milyon dollarlıq sabah fondu yaradılacaq: “Fondun məqsədi Azərbaycanda və Cənubi Qafqazda, Mərkəzi Asiyada startapları yatırımlarla təmin etməkdir. Düşünürük ki, bu, 100-500 min dollar civarında yatırımlar olacaq. Yaxın dörd il ərzində bölgədə 50-60 startapa investisiya yatırmağı düşünürük”. Mənbə: Report
Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub. GDP xəbər verir ki, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib ki, bu da 2022-ci il ilə müqaisədə 7.324 milyard manat azdır.Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ili 9,424 milyard manat xalis mənfəətlə başa vurub. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib. Hesabat ilində SOCAR-ın cari aktivləri…
