- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
10 iyun 2024-cü il tarixində “Kapital Bank” ASC-nin 50 000 000 manat həcmində istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcək. GDP xəbər verir ki, qiymətli kağızların əsas xüsusiyyətləri: sənədsiz, adlı, faizli, təmin edilməyib. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 500 000 ədəd, tədavülü 1 ildir. Qiymətli kağızların gəlirliliyi 10% təşkil edəcək və investorlara ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödəniləcək. İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi, abunə yazılışı üsulu ilə həyata keçiriləcək. “Kapital Bank” ASC-nin istiqrazları üçün abunə yazılışı 3-7 iyun…
2024-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vergi daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib. GDP xəbər veir ki, Xidmətin yaydığı məlumatda bildirilir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8% çox olub. Ödənilən vergilərin 69,9 %-i qeyri-neft-qaz sektorunun, 30,1 %-i isə neft-qaz sektorunun payına düşüb. 2024-cü ilin yanvar – may aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə…
Azərbaycan Gürcüstandan xırdabuynuzlu heyvanların idxalına və tranzitinə qoyulan qadağanı aradan qaldırıb. GDP xəbər verir ki,bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Qadağa , aprelin 24-də Gürcüstanın sərhədyanı Kvemo Kartli bölgəsində heyvanlar arasında taun xəstəliyinin qeydə alınması ilə əlaqədar tətbiq edilib. Agentlik vəbanın laborator təsdiqindən sonra xəstəliyin aradan qaldırılması üçün bütün lazımi tədbirləri həyata keçirdiyini, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından bir milyon doza peyvənd və köməkçi avadanlıq aldığını bildirib.
Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq GDP xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında bildirilib. İ.Kobaxidze bildirib: “Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit, logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”
Tərtər rayonunda barama tədarükünə başlanılıb. GDP xəbər verir ki, mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 1905 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Bu il rayon kümçülərinə 300 qutu ipəkqurdu toxumu paylanıb. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümçüləri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 12 ton barama istehsalı proqnozlaşdırılır. 2016-cı ildə 1 ton, barama istehsal olunmuşdusa, 2023-cü ildə bu rəqəm 14,8 tona qədər qalxıb.
Moskva birjası həftə sonları ticarətə başlamağa hazır olduğunu açıqlayıb. GDP xəbər verir ki,bu, investorların iş günlərində məşğul olması və investisiya qərarları qəbul edib onları həyata keçirməyə vaxtının olmaması ilə bağlıdır. Növbəti mərhələdə gecə-gündüz ticarətin tətbiqi planlaşdırılır.
Telegram-da qlobal fasilə yaranıb – proqram bir saatdan çox işləməyib. GDP xəbər verir ki, Azərbaycan, Rusiya, eləcə də ABŞ və Avropa ölkələrindən olan istifadəçilər mesajların yenilənməsi və göndərilməsində problemlərdən şikayət ediblər. TelecomDaily-in baş direktoru Denis Kuskov RİA Novosti-yə bildirib ki, uğursuzluğun SPIEF zamanı Putinlə plenar iclasa edilən DDoS hücumları ilə bağlı olması ehtimalı azdır. Onun sözlərinə görə, bu, Telegram daxilindəki problemlərlə bağlıdır, “bəlkə də məlumatların saxlandığı məlumat mərkəzlərində nəsə baş verib”.
“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”. GDP əbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirlir. “S&P Global Ratings”in hesabatında bildirilir: “Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər” Əlavə olunub: “Azərbaycanda əmanətlərin dollarlaşması son illərdə nəzərəçarpacaq dərəcədə azalaraq pandemiyadan əvvəlki 55 %-dən 2024-cü ilin aprel ayına olan məlumata görə 37 %-ə enib”
Norveçin 1,7 trilyon dollarlıq suveren sərvət fondu bu gün Tesla-nın baş direktoru Elon Maskın gələn həftə səhmdarların səsverməsinə çıxarılacaq 56 milyard dollarlıq ödəniş paketinin bu ilin əvvəlində Delaver hakiminin onu etibarsız saymasından sonra ratifikasiya edilməsinə qarşı səs verəcəyini bildirib. GDP məlumatına görə, fond Tesla-nın səkkizinci ən böyük səhmdarıdır.Amerikada korporativ icraçı direktor üçün ən böyük maaş olan Maskın maaşı 2018-ci ildə təsdiqlənib.Lakin bu ilin əvvəlində bu məbləğin səhmdarlar üçün ədalətsiz olduğunu deyən bir hakim onu “ağılsız məbləğ” adlandıraraq ləğv edib. Fond “2018-ci ildən bəri cənab Maskın rəhbərliyi altında yaradılan əhəmiyyətli dəyəri” yüksək qiymətləndirdiyini qeyd edib. Fondun operatoru “Norges Bank Investment Management”…
Səudiyyə Ərəbistanının neft nəhəngi Aramco-nun səhmlərinə 27,25 SR (7,27 dollar) qiyməti təyin etdikdən sonra xərc planlarını maliyyələşdirmək üçün səhmlərini sataraq 11,2 milyard dollardan çox vəsait toplamağa hazırlaşır. GDP xəbər verir ki, Aramco, şirkətin buraxılmış səhmlərinin təxminən 0,64 faizini təşkil edən 1,545 milyard səhmin təkrar kütləvi təklif edildiyini açıqlayıb. Şirkət, investorlara təklif edilən bütün səhmlərin hər abunəçi üçün minimum 10 səhmlə, qalan səhmlərin isə təxminən 25,13% orta əmsal ilə proporsional şəkildə satılacağını qeyd edib.
