- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Ərdoğan STAR neft emalı zavoduna verilən “İxrac çempionu” mükafatını SOCAR-ın rəhbəri Rövşən Nəcəfə təqdim edib. GDP xəbər verir ki, STAR neft emalı zavodu “Kimyəvi maddələr və məhsullar” kateqoriyasında da birinci yerə layiq görülüb.
Bir sıra bölgələrdə “Aztelecom”un təqdim etdiyi internetdə problem yaranıb. GDP xəbər verir ki, şirkət bildirir ki, bu gün 18:40-dan etibarən Yevlax Data Mərkəzində hava şəraiti ilə əlaqədar texniki problem baş verib. Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bu gün ucuzlaşmanın davam edəcəyi gözləntiləri ilə neft qiymətlərində yenə də müsbət dinamika müşahidə edilib. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri Bakı vaxtı ilə saat 18:15-ə olan məlumata görə, 0,05 dollar və ya 0,06% bahalaşaraq 79,92 dollar/barel təşkil edib.Nyu-Yorkun əmtəə birjasında iyul ayı üçün WTI neftinin qiyməti 0,23 dollar və ya 0,3% artaraq 1 barelə görə 75,78 dollar olub.
“Kapital Bank” ASC istiqraz buraxılışı yolu ilə 30 milyon dollar cəlb edir. GDP xəbər verir ki, Azərbaycanın 3 ən böyük böyük bankından biri olan “Kapital Bank” hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 300 000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları buraxıb. İstiqrazlar üzrə gəlirlilik illik 7 faizdir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə) hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. Sonuncu kupon ödənişi tədavül müddətinin sonunda…
Azərbaycanın dayanıqlı iqtisadiyyata keçidinə qeyri-neft-qaz sektoruna yatırılan strateji investisiyalar təkan verəcək. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəsmi “X” sosial şəbəkə hesabında məlumat verib. Mərkəzi Bank rəhbəri yazıb: “Bu gün “TRIUM Module 7” konfransında iştirak etməkdən məmnunluq duydum. Panel müzakirəsi çərçivəsində çıxışımda ölkəmizin makroiqtisadi göstəricilərindən, maliyyə sektorunun inkişaf tendensiyaları və inkişaf perspektivlərindən bəhs etdim. Ölkəmizin əlverişli strateji mövqeyinin, zəngin təbii sərvətlərinin, infrastrukturun inkişafının və işçi qüvvəsinin potensial artıma töhfə verən əsas amillər sırasında olduğunu qeyd etdim. Ölkə gündəminin yüksək prioritetli mövzularından danışarkən dayanıqlı iqtisadiyyata keçidlə bağlı təşəbbüsləri vurğuladım. Bu çərçivədə qeyri-neft-qaz sektoruna yatırılan strateji…
2024-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub. GDP xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb. Bildirilir: “Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,0% və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9% artaraq 1,5 milyard manatdan çox olub.”
2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən 3.8 milyard manat məbləğində dövlət istiqrazları yerləşdirilib. Bunu maliyyə naziri Samir Şərifov bu gün keçirilən plenar iclasında “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, həmin istiqrazların 1.413 milyard manatı dövlət büdcəsinin kəsirinin örtülməsinə, yerdə qalan hissəsi isə movcud borcun yenidən maliyyələşdirilməsinə yönəldilib. “Dövlət istiqrazlarının 1.316 milyon manat məbləğində hissəsi banklar tərəfindən alınıb, 270 milyon manatlıq hissəsi sığorta şirkətləri tərəfindən, 52.8 milyon mantlıq hissəsi fiziki şəxslər və 2.256 milyard manatlıq hissəsi isə digər hüquqi şəxslər tərəfindən alınıb”, – nazir bildirib. S. Şərifov əlavə edib ki, dövlət istiqrazlarının 1.6 milyard manatlıq hissəsi büdcədən maliyyələşən 5 təşkilat tərəfindən, qalanları isə digər hüquqi…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. GDP xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur. GDP xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. “4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur”, – deyə o qeyd edib.
Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilir. GDP xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd layihəsini təqdim edir. Dəyişiklikdə bildirilir: “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 36 milyard 353 milyon manat, xərcləri 39 milyard 707 milyon 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 milyard 577 milyon 753 min manat, yerli gəlirləri 775 milyon 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 milyard 922 milyon 497 min manat, yerli xərcləri…
