Bu gün ucuzlaşmanın davam edəcəyi gözləntiləri ilə neft qiymətlərində yenə də müsbət dinamika müşahidə edilib.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri Bakı vaxtı ilə saat 18:15-ə olan məlumata görə, 0,05 dollar və ya 0,06% bahalaşaraq 79,92 dollar/barel təşkil edib.
Nyu-Yorkun əmtəə birjasında iyul ayı üçün WTI neftinin qiyməti 0,23 dollar və ya 0,3% artaraq 1 barelə görə 75,78 dollar olub.