- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Azərbaycan enerji təchizatı məsələsində Avropa İttifaqının(Aİ) mühüm tərəfdaşıdır.GDP xəbər verir ki, Avropa Komissiyasının enerji siyasəti strategiyası üzrə nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, hazırda Azərbaycan qazının Avropaya nəqlində artım davam edir.Onun sözlərinə görə, qaz tədarükü ilə yanaşı, Aİ Azərbaycanla enerji keçidi məsələsində də əməkdaşlıq edir.
Brent neftinin bir bareli 77,51 dollara satılır Neft qiymətləri, fevralın əvvəlindən bəri ən aşağı səviyyəni saxlayaraq, əvvəlki beş sessiyada enişdən sonra çərşənbə günü stabilləşib. GDP xəbər verir ki,Bakı vaxtı ilə saat 10:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 77,51 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,01 dollar vəya 0,01% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,03% ucuzlaşaraq 73,23 dollar təşkil edib.
“Rəqəmsal rublla ilk beynəlxalq hesablaşmalar 2025-ci ilin ikinci yarısında baş tuta bilər.” GDP xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov deyib. O bildirib: “Digər ölkələrlə milli rəqəmsal valyutalarda hesablaşmalar beş ildən sonra adi hala çevriləcək”
Türkiyədə inflyasiya may ayında 75%-i keçib və iqtisadçıların qiymətlər azalmağa başlamazdan əvvəl zirvəyə çatacağını gözləyir. GDP xəbər verir ki, iqtisadçılar əvvəllər 85 milyonluq ölkədə inflyasiyanın 75% ətrafında zirvəyə çatacağını proqnozlaşdırmışdılar. Türkiyə höküməti ölkədə qiymətləri ucuzlaşdırmaq üçün bir ildir davamlı olaraq faiz dərəcələrini yüksəldib. Bu artım orta türk istehlakçısı üçün əhəmiyyətli maliyyə çətinlikləri ilə nəticələnir.
Türkiyə ilk dəfə olaraq Avropaya təbii qaz ixrac etməyə başladı. GDP xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra “TRT Haber” telekanalı ilə yayımlanan xalqa müraciətində bildirib. Onun sözlərinə görə, Türkiyənin BOTAŞ şirkəti üç Avropa ölkəsinə qaz ixracına başlayıb: “BOTAŞ şirkəti Bolqarıstan, Macarıstan və Rumıniyaya qaz ixrac etməyə başlayıb.”
Azərbaycan ABŞ Dövlət Departamentinin ( Enerji Resursları Bürosu ilə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıb.GDP xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkədəki səhifəsində yazıb.Nazir yazıb: “Bakı Enerji Həftəsi çərçivəsində biz ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Harri Kemian ilə görüşdük, Azərbaycanın enerji təchizatında etibarlı enerji tərəfdaşı kimi rolu, yaşıllığa keçid üzrə fəaliyyəti müzakirə etdik enerji, COP29 çərçivəsində enerji gündəmində olan məsələlər, o cümlədən ikitərəfli əməkdaşlıq.”
Türkiyədə ilkin proqnozlara görə, bu ilin sonunda inflyasiya 38%-ə çata bilər.GDP xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Bankının rəhbəri Fatih Karahan parlamentin plan və büdcə komissiyasının iclasında çıxışı zamanı deyib.
Sabah XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan biznes dialoqu baş tutacaq.GDP xəbər verir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.Tərəflər əsas diqqəti ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə yönəldəcəklər.Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun çıxışları gözlənilir
“Turanbank” ASC 2023-cü ili 811 min manat xalis mənfəət ilə başa vurub. GDP xəbər verir ki, bu barədə bankın 2023-cü il üzrə Beynəlxalq Standartlara uyğun Hazırlanmış Audit olunmuş Maliyyə Hesabatlarında məlumat verilib. Hesabata görə, “Turanbank” ASC-nin 2023-cü ildə mənfəət vergisindən əvvəlki mənfəəti 1 milyon 148 min manat təşkil edib. Bildirlir ki, 2023-cü ildə “Turanbank”ın kredit portfeli 2023-cü il ərzində 2022-ci il ilə müqaisədə 72 milyon 633 min manat və ya 13,7% artaraq 602 milyon 630 min manat olub. Bank 2023-cü ildə 79 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da illik müqaisədə 19 milyon 30 min…
Mikayıl Cabbarov: “Alessandro Puliti ilə əməkdaşlıq istiqamətlərini və prioritetləri müzakirə etdik”
“Azərbaycan İtaliyanın “Saipem” şirkəti ilə dekarbonizasiya sahələrində həyata keçirilən tədbirləri müzakirə edib.” GDP xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “X” sosial şəbəkə hesabında yazıb. Nazir bildirib: “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə əməkdaşlıq istiqamətlərini və prioritetləri (enerji tərəfdaşlığının mövcud vəziyyəti, birgə əməkdaşlıq imkanları, “yaşıl enerji” və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər) müzakirə etdik” “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə şirkətlə əməkdaşlıq istiqamətlərini və prioritetləri müzakirə etdik:- #Enerji tərəfdaşlığının mövcud vəziyyəti;- Birgə əməkdaşlıq imkanları;- #Yaşılenerji və dekarbonizasiya sahələrində ölkəmizdə… pic.twitter.com/2cxE2ILkcP— Mikayil Jabbarov (@MikayilJabbarov) June 4, 2024
