Author: Aynure Gdp

Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılıq əldə olunub. GDP xəbər verir ki, bunu Türkiyənin Energetika Naziri Alparslan Bayraktar deyib O, bildirib: “Qarşıdan gələn qışda Naxçıvana təbii qaz Türkiyə vasitəsilə veriləcək. Yaxın vaxtlarda İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi nəzərdə tutulur”

Read More

Aprel ayında ucuzlaşan və bahalaşan məhsulların siyahısı açıqlanıb. GDP Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, manna və qarabaşaq yarmaları, makaron, təzə balıq, süd, yumurta, marqarin, günəbaxan və qarğıdalı yağları, qoz, fındıq, pomidor, xiyar, göyərti, badımcan, kartof kimi məhsullarda müəyyən ucuzlaşma qeydə alınıb. Məlumatda həmçinin bildirilir ki, limon, banan, alma, armud, kivi, şabalıd, ağ kələm, şirin bibər, süfrə çuğunduru, sarımsaq kimi məhsullarda isə qiymət artımı müşahidə olunub.

Read More

Son 6 gün ərzində Azərbaycandan Rusiyaya rekord həddə yumurta tədarük edilib. GDP xəbər verir ki,6-12 may tarixləri aralığında Azərbaycandan Rusiyaya 306 min ədəd yumurta tədarük edilib.Bununla da 2023-cü ilin 19 dekabrından bu yana Azərbaycandan Rusiyaya göndərilən yumurta sayı 41,9 milyon ədədə çatıb.

Read More

Mis elektrik cərəyanının böyük keçiricisi olduğu üçün təmiz enerji keçidi üçün vacib metal hesab olunur. Nəticədə, bütün dünyada hökumətlər yeni mədənlərin tikintisini təşviq edir və mədən şirkətləri artan tələbatı ödəmək üçün yeni layihələr axtarır və mövcud mədənləri əldə edirlər. Çili həm də dünyanın ən böyük iki mədənlərinə ev sahibliyi edir – Escondida və Collahuasi. Bu arada Afrika ölkələri istehsalını sürətlə artırıblar. Məsələn, Konqo Demokratik Respublikası 1990-cı illərin sonunda ikinci dərəcəli mis istehsalçısından 2023-cü ilə qədər üçüncü ən böyük mis istehsalçısına çevrildi. Afrikada mis hasilatının artımının bir hissəsi Çindən gələn yüksək sərmayə ilə əlaqələndirilir. Çin mədən şirkətləri mədənçıxarma sektorunda Afrikanın ümumi…

Read More

Putinin ən çox etibar etdiyi iş adamı Yuri Kovalçukun oğlu Rusiya Hesablama palatasının sədri təyin edilib. GDP bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Rus iş adamı Yuri Kovalçukun oğlu Kovalçuklar klanın varisi Boris Kovalçuk Rusiya Hesablama palatasının sədri təyin edilib. Rusiya Dövlət Duması onun təyinatını təsdiqləyib.

Read More

Bakı Fond Birjasının Müşahidə Şurası tərəfindən “2024-2026-cı illər üzrə Strateji İnkişaf planı” təsdiq olunmuşdur. Birjanın yaydığı məlumatda bildirilir ki, strateji İnkişaf planı kapital bazarlarında diversifikasiyanı, kapital bazarlarına inamı, mütəşəkkil və şəffaf bazar konyukturasının təşviqi  kimi strateji məqsədləri özündə əks etdirir. Strategiya sənədi həmçinin dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarında artımının təşviq edilməsi, istiqrazlar üzrə institusional investor bazası, kapital bazarları və investisiya məhsulları barədə məlumatlılığının artırılması, korporativ istiqraz buraxılışlarının təşviqi, fərdi investorlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, fərdi investorların səhm bazarında iştirakının asanlaşdırılmasına yönəldilmiş işlərin aparılması, özəl müəssisələrin İlkin Kütləvi Təklif (İKT) çıxışlarına həvəsləndirilməsi və İKT Akselerator Proqramının işə salınması kimi əsas strateji…

Read More