Author: Aynure Gdp

Bakı Fond Birjasının Müşahidə Şurası tərəfindən “2024-2026-cı illər üzrə Strateji İnkişaf planı” təsdiq olunmuşdur. Birjanın yaydığı məlumatda bildirilir ki, strateji İnkişaf planı kapital bazarlarında diversifikasiyanı, kapital bazarlarına inamı, mütəşəkkil və şəffaf bazar konyukturasının təşviqi  kimi strateji məqsədləri özündə əks etdirir. Strategiya sənədi həmçinin dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarında artımının təşviq edilməsi, istiqrazlar üzrə institusional investor bazası, kapital bazarları və investisiya məhsulları barədə məlumatlılığının artırılması, korporativ istiqraz buraxılışlarının təşviqi, fərdi investorlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, fərdi investorların səhm bazarında iştirakının asanlaşdırılmasına yönəldilmiş işlərin aparılması, özəl müəssisələrin İlkin Kütləvi Təklif (İKT) çıxışlarına həvəsləndirilməsi və İKT Akselerator Proqramının işə salınması kimi əsas strateji…

Read More