- Azərbaycanda kasıb ailələrin evlərini dövlətin sığorta etməsi ilə bağlı YENİLİK
- Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?
- ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib
- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
Author: Aynure Gdp
2024-cü ilin 1 dekabr tarixi ilə 2025-ci ilin 1 dekabr tarixi arasında vergi ödəyiciləri və kommersiya qurumları üzrə göstəricilər ümumilikdə artım istiqamətində dəyişib. Əvvəlcə vergi ödəyicilərinə baxsaq, ümumi vergi ödəyicilərinin sayı 2024-də 1.590.659 olduğu halda 2025-də 1.667.152-yə yüksəlib və nəticədə 76.493 nəfərlik artım qeydə alınıb; bu artım 4,81% artım deməkdir. Bölgü üzrə isə fiziki şəxslərin sayı təxmini hesabla 1.385.464-dən 1.447.088-ə qalxıb, yəni 61.624 nəfər artıb və bununla fiziki şəxslər üzrə artım tempi 4,45% olub. Bununla yanaşı, fiziki şəxslərin ümumi vergi ödəyiciləri içindəki payı 87,1 %-dən 86,8 %-ə düşdüyünə görə onların payında 0,3 faiz bəndi azalma müşahidə olunur; 2025-ci ildə fiziki…
SOCAR-ın prezidenti Rövşən Nəcəf “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb. Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə “Dragon Oil” arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. Emirates National Oil Company Group (ENOC) Biləşmiş Ərəb Əmirliklərinin neft və qaz şirkətidir.
Azərbaycan bazarında pərakəndə ticarət işi çox rentabelli deyil. Bu barədə GDP-yə eksklüziv açıqlamasında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib. Azərbaycanın pərakəndə ticarət bazarının mövcud vəziyyətini şərh edən Savaş Uzan, ölkə bazarında çoxsaylı market şəbəkələrinin fəaliyyət göstərdiyini və bu şəbəkələr arasında rəqabətin çox normal olduğunu vurğulayıb. Uzan qeyd edib ki, Azərbaycanda bazarında pərakəndə ticarət işi çox rentabelli deyil. Qeyd edək ki, “Azərsun Holdinq” Azərbaycan pərakəndə ticarət sektorunda “Bazar Store” və “Al Market” MMC market şəbəkələrinin təsisçisidir. Müəllif: Aynur Qəniyeva
Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir. Açılış mərasimində iştirak edən “Nar”ın baş icraçı direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq qaldığını bildirib: “Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik.” Gəncə şəhərinə səfər edən “Nar” rəhbərliyi həmçinin tərəfdaşlıq…
Dövlət Vergi Xidməti (DVX) tərəfindən sahibkarların ictimai birlikləri, auditorlar, konsaltinq şirkətləri və sahə assosiasiyaları üçün vergi və sosial sığorta qanunvericiliyindəki son dəyişikliklərə həsr olunmuş təqdimat tədbiri keçirilib. GDP xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər iştirak ediblər. Çıxış edən Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini və sahibkarlığı təşviq etmək, həmçinin “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu bildirib. O, qeyd edib ki, son illər ərzində sahibkarlar tərəfindən daxil olan 170 təklifdən 103-ü qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Əsas dəyişikliklər üç istiqamətdə formalaşıb: İnvestisiya və sahibkarlığın təşviqi Büdcə gəlirlərinin tənzimlənməsi…
Tesla səhmləri robotaksi sınaqları və perspektivləri ilə bağlı xəbərlər əsasında tarixi rekord yenilədi.
ABŞ Federal Ehtiyat Sisteminin verdiyi qərara əsasən, bir sentlik sikkələrin buraxılışı 2025-ci ilin noyabr ayından etibarən dayandırılıb. GDP xəbər verir ki, səbəb kimi sikkənin istehsal dəyərinin onun nominal dəyərindən (1 sent) xeyli yüksək olması göstərilib. Son zərb edilmiş sentlərdən biri keçirilən auksionda 17 milyon ABŞ dolları dəyərində satılıb. Bu qiymət onun tarixi əhəmiyyəti və kolleksiya dəyəri ilə əlaqələndirilir. Məlumatına görə, sentin istehsalı dayandırıldıqdan sonra qalan ehtiyat sikkələr dövriyyədə qalmaqla, tədricən kolleksiya predmetinə çevriləcək.
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Belə ki, “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün…
İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş “MediaTech” layihəsi çərçivəsində təlim proqramı baş tutub. “Smart Nation” ilə birgə həyata keçirilən “MediaTech: Blog the Future” tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub. Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara…
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. GDP Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-1 (19,5 %) ilkin, 264 170-i (80,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,6 % çox və 5,6 % azdır. Hesabat ərzində fərdi yaşayış və bağ evi üzərində – 64 366, mənzil – 85 424, torpaq sahəsi – 166.494, qeyri-yaşayış binası – 2 832, qeyri-yaşayış sahəsi – 8 172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində…
