- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. GDP xəbər verir ki, agentliyin yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fiziki şəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almış sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl layihə”dir. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında…
2025-ci ildə dövlət əmlakının özəlləşdirilməsi və dövlət obyektlərinin icarəyə verilməsi hesabına Azərbaycan Respublikasının dövlət büdcəsinə 181,5 milyon manat vəsait daxil olub. GDP xəbər verir ki, bu barədə Dövlət Əmlak Məsələləri Xidməti məlumat yayıb. Məbləğin böyük hissəsi özəlləşdirmədən əldə olunan gəlirlərin payına düşüb — 135,3 milyon manat. Dövlət obyektlərinin icarəyə verilməsindən isə 46,2 milyon manat gəlir təmin olunub. 2025-ci il ərzində 236 kiçik dövlət müəssisəsi və obyekti, 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 torpaq sahəsi və 1.160 nəqliyyat vasitəsi özəlləşdirilib. Həmçinin 4.957 icarə müqaviləsi bağlanıb.
2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 6,2% təşkil etmiş, bu isə 6,9 milyard manat və ya 4 milyard ABŞ dolları həcmində investisiya gəliri ilə nəticələnmişdir. Bu barədə GDP Fonda istinadən xəbər verir. 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 milyard 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir…
AZCON Holding 2025-ci il üzrə nəqliyyat sektorunda sərnişin və yükdaşımaya dair göstəriciləri açıqlayıb. Məlumata görə, holdingin tərkibində fəaliyyət göstərən BakuBus marşrut xətləri ilə daşınan gündəlik orta sərnişin sayı əvvəlki dövrlə müqayisədə 39% artaraq 557 min nəfərə çatıb. Açıqlanan göstəricilər paytaxtda ictimai avtobus nəqliyyatına tələbatın artdığını və sərnişindaşıma sahəsində müsbət dinamikanın davam etdiyini göstərir.
Bakıda beton sahəsinə həsr olunmuş beynəlxalq “ICCX Academy Baku” konfransı və sərgisi keçiriləcək. 29 yanvarda JW Marriott Absheron Baku Hotel-də təşkil olunacaq tədbirə Norm şirkəti ev sahibliyi edəcək. Bu platforma vasitəsilə Norm ölkənin inşaat sənayesinin peşəkarlarını bir araya gətirərək, yerli və beynəlxalq təcrübələrin qarşılıqlı paylaşılması üçün mühit yaradacaq. Müasir beton texnologiyaları və inşaat sahəsindəki qabaqcıl trendləri ön plana çıxaran tədbirin gündəliyinə bir çox əhəmiyyətli mövzular daxil edilib. Konfransda Azərbaycanın inşaat sənayesinin gələcəyində innovasiyaların və dayanıqlı inkişafın rolu, əsas inşaat materialı kimi betonun əhəmiyyəti, eləcə də müasir beton istehsalında tətbiq olunan yanaşmalar və praktik həllərdən danışılacaq. Eyni zamanda, Avropa və Şərq…
Azərbaycan Respublikasının Mərkəzi Bankının yayımladığı rəsmi valyuta məzənnələrinə dair məlumata görə 23–26 yanvar 2026-cı il tarixləri üzrə rəsmi valyuta məzənnələrinin müqayisəsi göstərir ki, bu dövrdə valyuta bazarında dəyişikliklər selektiv xarakter daşıyıb. GDP xəbər verir ki, bu tarixlər arasında Azərbaycanda ABŞ dollarının məzənnəsi 1.7000 manat səviyyəsində qalaraq heç bir dəyişiklik nümayişetdirməyi. Bu, ölkədə həyata keçirilən sabit məzənnə rejiminə uyğun olaraq manatın dollar qarşısında sabitliyinin qorunduğunu təsdiqləyir. Sözügedən dövr ərzində avro üzrə isə artım müşahidə olunub. 23 yanvarda 1.9977 manat olan avronun rəsmi məzənnəsi 26 yanvarda 2.0162 manata yüksəlib. Nəticədə avro 0.0185 manat və ya 0.93% bahalaşıb. Bu artım beynəlxalq bazarlarda avronun…
Artan geosiyasi qeyri-müəyyənliklər və ABŞ administrasiyasına etimadın azalması fonunda bazar ertəsi günü qızılın unsiyasının qiyməti 5 min dollar səviyyəsini aşaraq tarixi ən yüksək səviyyəsini görüb. GDP xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-da spot qızıl qiyməti (anlıq qiymət) 2 faizə yaxın artımla 5093 dollara qədər yüksəlib. Fevral ayı üzrə ABŞ qızıl fyuçersləri də 1,79 faiz artaraq 5068,70 dollar səviyyəsinə qalxıb. Qızıl qiymətləri 2025-ci ildə 64 faiz artıb. Bu yüksəliş təhlükəsiz liman tələbinin güclənməsi, ABŞ-da pul siyasətinin yumşaldılması, mərkəzi bankların güclü alışları və birja ticarət fondlarına (ETF) rekord səviyyədə vəsait axını ilə dəstəklənib. Çinin dekabr ayında ardıcıl 14-cü ay qızıl…
Çinin iri avtomobil istehsalçısı Chery ilə Yaponiyanın Nissan şirkəti Cənubi Afrika Respublikasında yerləşən istehsal aktivlərinin satışı barədə razılıq əldə edib. GDP xəbər verir ki, razılaşmaya əsasən, Nissan torpaq sahəsini, istehsal binalarını və ştamplama sexini Chery-yə təhvil verəcək. Mövcud işçilərə Chery-nin Cənubi Afrikadakı törəmə şirkətində — Chery SA-da iş təklif olunacağı bildirilir. Məlumata görə, Nissan restrukturizasiya planı çərçivəsində 2027-ci ilə qədər 17 müəssisəsindən 7-nin satışını nəzərdə tutur. Bu addım şirkətin xərclərin optimallaşdırılması və qlobal istehsal şəbəkəsinin yenidən qurulması strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
“PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. GDP xəbər verir ki, şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, Elmin İsgəndərov 22 yanvar 2026-cı il tarixindən etibarən PAŞA Həyat-da İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısı vəzifəsini icra edəcəkdir. E.İsgəndərov maliyyə və risklərin idarə olunması sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər PAŞA Bank-da müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankda Kredit Risklərinin Anderraytinqi departamentinin aparıcı direktoru vəzifəsini icra edib. Bundan əvvəl isə Kredit Risklərinin Anderraytinqi departamentinin direktoru və Kredit Risklərinin Anderraytinqi departamentinin Korporativ Bankçılıq şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Yeni vəzifəsində E.İsgəndərov PAŞA Həyat-da risklərin idarə olunması…
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən açıqlanan rəsmi statistika göstərir ki, 2025-ci ildə ipoteka bazarında kəmiyyət deyil, daha çox keyfiyyət və struktur yönümlü dəyişikliklər baş verib. 2024-cü illə müqayisə edildikdə,ümumi maliyyələşmə həcmi artdığı halda, portfeldə verilən kreditlərin sayı azalıb, güzəştli və zəmanətli ipoteka mexanizmlərinin çəkisi isə əhəmiyyətli dərəcədə yüksəlib. GDP xəbər verir ki, 2024-cü ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 442,8 milyon manat və 4 309 kredit təşkil edib. Beləliklə, ümumi maliyyə həcmi 3,0 milyon manat və ya 0,68% artıb, lakin kreditlərin sayı 376 vahid…
