- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
- Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
- “Azərbaycanda oyun sənayesinin gəlirlərinin 200 milyon dollardan çox olması proqnozlaşdırılır” – Video
- Anar Kərimov dövlətə məxsus olan “Aqrarkredit” QSC BOKT-nin Müşahidə Şurasının sədri təyin olunub
- Mərkəzi Bankın sədri Taleh Kazımov Harvardın “Growth Lab” rəhbəri ilə görüşüb
- Dollar rekord qırdı: ofşor depozitlərin həcmi 14,5 trilyon dollar təşkil edib
Author: Aynure Gdp
2025-ci ilin noyabr ayında neft hasilatının azaldılması üzrə razılaşmaya daxil olan “OPEC+ ölkələri gündəlik neft hasilatını 290 min barel azaldıblar, lakin könüllü azalmalar və istehsalın kompensasiyası nəzərə alınmaqla hədəf plana çatmaqda 140 min barel geridə qalıblar. Bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatında məlumat verilib. IEA-nın məlumatına görə, könüllü azalmalar və həddən artıq istehsalın kompensasiyasını nəzərə alaraq “OPEC+” ölkələrinin noyabr ayında hədəf gündəlik hasilatı 36,38 mln. barel təşkil edirdi, lakin faktiki hasilat 36,23 mln. barel səviyyəsində olub. Beləliklə, plandan geri qalma həcmi təxminən 140 min barel təşkil edib. Noyabr ayında bütün “OPEC+” ölkələrinin (sanksiya və digər səbəblərdən kvotalardan azad edilmiş…
Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-yə təshih tədbirinin tətbiq edilməsi barədə məlumat yayıb. GDP-nin məlumata istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq,…
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot-faiz dərəcəsini diapazonunu 0,25 faiz bəndi azaldaraq illik 3,5–3,75%-ə endirib. Amerika Birləşmiş Ştatları Federal Ehtiyat Sistemi (FED) 2026-cı il üçün inflyasiya proqnozunu 2,6%-dan 2,4%-ə endirib (ing..PCE indeksi). 2027 və 2028-ci illər üçün inflyasiya proqnozları isə müvafiq olaraq 2,1% və 2% səviyyəsində saxlanılıb, deyilir FED-in açıqlamasında. FED -in proqnozu: Amerika Mərkəzi Bankı (FED)2026-cı il üçün ABŞ-ın ÜDM artımı proqnozunu 1,8%-dən 2,3%-ə yüksəldib, 2027-ci il üçün – 1,9%-dən 2%-ə, 2028-ci il üçün – 1,8%-dən 1,9%-ə qaldırıb. FED -in proqnozu: 2025-ci ildə ABŞ-da inflyasiyanın 2,9% olacağı gözlənilir (sentyabr proqnozu – 3%), ÜDM isə 1,7% artacaq (1,6% proqnozu ilə)…
Gdp.az bildirir ki, Bakcell-in meqa lotereyasında həyəcan yüksəlməyə davam edir! Lotereyanın ən böyük hədiyyəsi – “Porsche Cayenne” üçün sayılı günlər qalıb. Dekabrın 31-də keçiriləcək yekun tirajda bu möhtəşəm avtomobilin şanslı qalibinin adı açıqlanacaq. Lotereyada hər həftə yeni avtomobil qalibləri, hər gün isə “iPhone 17” sahibləri bəlli olur. 31 dekabra qədər daha 4 “Zeekr 001” avtomobili öz şanslı sahiblərini tapacaq. Abunəçilər “Şans” paketini əldə etməklə 200 000 manatlıq meqa hədiyyə – “Porsche Cayenne” qazanmaq şanslarını artıra bilərlər: 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES Qeyd edək ki, “Şans” paketləri Bakcell abunəçilərinə lotereyada iştirak…
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə ümumi daxili məhsul (ÜDM) 116 320,1 milyon manat olmuşdur. 2024-cü ilin eyni dövrünün ümumi daxili məhsul həcmi 113 282,4 milyon manat ilə müqayisədə ÜDM-in həcmi 3 037,7 milyon manat və ya 2,68% artmışdır. GDP-nin Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən apardığı hesablamalara görə,iqtisadiyyatın sektoral artım temblərində əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Neft-qaz sektorunda əlavə dəyər 2024-cü ildəki 0,4% artımın əvəzinə 2025-ci ildə 1,8% azalmış, bu da 2,2 faiz bəndi geriləmə deməkdir. Qeyri-neft-qaz sektorunda isə artım tempi 2024-cü ildəki yüksək 6,4%-dən 2025-ci ildə 3,2%-ə enmiş, lakin müsbət qalmışdır. Bunu, 3,2 faiz bəndi azalma kimi qiymətləndirmək olar.…
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) pul-kredit siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarındakı proseslər və bank sisteminin likvidlik mövqeyinin nəzərə alındığını açıqlayıb. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bank sistemi üçün likvidliyin artırılmasında Maliyyə Nazirliyinin depozit əməliyyatlarının davam etdiyi və bu təsirin qüvvədə olduğu bildirilib. Mərkəzi Bankın məlumatına görə, ötən faiz dərəcəsi iclasından bəri təminatsız pul bazarında faizlər, Bankın faiz dəhlizi daxilində və uçot dərəcəsinə (6.75%) yaxın hərəkət edib. AZIR (Azərbaycan Interbank Sifarişli Faiz Dərəcəsi) indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabr ayının keçən dövründə isə 6.94% olmuşdur. Bank qeyd edib ki, əsas olaraq 1 həftəlik açıq bazar əməliyyatları ilə pul-kredit siyasətindən kənar amillərin…
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) valyuta bazarında sabit vəziyyətin qorunduğunu açıqlayıb. GDP xəbər verir ki, məlumatına görə, cari ildə valyuta bazarında təklif tələbi üstələyib, bu da məzənnənin davamlılığını təmin edən əsas amillərdən biri olub. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon ABŞ dolları üstələyib. Bu göstərici valyuta təklifinin kifayət qədər olmasını əks etdirir. Valyuta bazarlarına inamsızlığın əsas göstəricilərindən biri hesab edilən əmanətlərin dollarlaşma səviyyəsi də azalmaqdadır. Rezident fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq noyabr ayında 29% səviyyəsinə enib. Bu istehlakçıların məzənnə ilə bağlı gözləntilərinin nikbin olmasını göstərir. Sözügedən amillər…
Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan etimadını nümayiş etdirir. AİB TSCFP TuranBank üçün ayırdığı yeni revolver kredit xətti idxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə resurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazar boşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatın gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək. Bu razılaşma TuranBank-ın nüfuzlu beynəlxalq maliyyə institutları…
Azərbaycan Mərkəzi Bankı (AMB) əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb. GDP mərkəzi banka istinadla xəbər verir ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. “Maliyyə Nazirliyinin depozit hərraclarını davam etdirməsi bank sistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər AMB-nin faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6,89 %, noyabrda 6,91 %, dekabrın ötən dövründə isə 6,94 % olub. Ötən iclasdan bəri gəlirlilik əyrisində və AMB-nin notları üzrə gəlirlilikdə azalmalar baş verib. Ötən iclasdan sonra depozit…
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Belə ki, əsas maliyyə aləti olan uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 7,75% səviyyəsinə endirilib. Qeyd edilib ki, qərar qəbul olunarkən bir sıra amillər nəzərə alınıb. Bunlara faktiki və gözlənilən inflyasiyanın hədəf interval olan 4±2% ilə uyğunluğu, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı vəziyyət, daxili makroiqtisadi meyillər, habelə pul-kredit siyasəti qərarlarının real sektora ötürülməsinin xüsusiyyətləri daxildir.
