- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
- Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
- “Azərbaycanda oyun sənayesinin gəlirlərinin 200 milyon dollardan çox olması proqnozlaşdırılır” – Video
- Anar Kərimov dövlətə məxsus olan “Aqrarkredit” QSC BOKT-nin Müşahidə Şurasının sədri təyin olunub
Author: Aynure Gdp
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Həmin dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Büdcə gəlirlərinin icrasında da yüksək göstəricilər qeydə alınıb. Nazirlik büdcə prosesindəki bu müsbət tendensiyanı təsdiqləyir, bu da dövlət maliyyəsinin sabit və effektiv idarə olunmasını əks etdirir.
Azərbaycanda təchizat zəncirinin maliyyələşdirilməsi kontekstində qanunvericilik və requlyativ baza hazırlanır. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank fəaliyyətinə nəzarət departamentinin direktor müavini Müşviq Kərimov Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, bununla bağlı bir sıra məhsullar – faktorinq, əks-faktorinq və forfeytinq mövcuddur. “Sahibkarlar debitor borc sənədini yükləməklə digər təminatlar olmadan vəsait cəlb edə bilərlər. Bu istiqamətdə işlər görülür və hazırda digər dövlət qurumları ilə razılaşma mərhələsindədir. Qeyd olunan mexanizm qısa müddətdə maliyyə əlçatanlığını artıracaq, orta və uzun müddətdə isə maliyyələşmənin dəyərini azaldacaq”, – deyə AMB rəsmisi əlavə edib. Bundan başqa,…
“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov açıqlayıb ki, şirkət artıq paytaxt metrosunda tətbiq olunan açıq dövrəli ödəniş sistemi tezliklə avtobuslarda da işlədiləcək. GDP xəbər verir ki, metrodakı modelin uğurundan sonra bu texnologiyanın nəqliyyatın digər növlərinə də genişləndirilməsi nəzərdə tutulur. Emil Zeynalov qeyd edib ki, dünyada özünü sübut etmiş bu sürətli və ağıllı sistem şəhər sakinlərinə gediş haqqını birbaşa bank kartları ilə ödəmək rahatlığı yaradır. “Bu əlamətdar hadisə Bakını texnologiyalarımızın gündəlik səfərləri asanlaşdırdığı 300 şəhərlik qlobal şəbəkənin parçası edir,” – deyə o vurğulayıb. Açıq dövrəli ödəniş sisteminin üstünlüyünü onun sadəliyi, sürəti və inklüzivliyində görən Mastercard nümayəndəsi qeyd edib ki, sistem…
“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişikliklər edilib. GDP xəbər verir ki,bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək. Qərarda yeni anlayışlar da müəyyənləşdirilib: AZQR kod – Azərbaycan Respublikasının ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod; statik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun…
Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” stimullaşdırıcı lotereyası çərçivəsində növbəti qalibini elan edib. Belə ki, altıncı “Haval H6 Ultra” avtomobilinin sahibi Ramil Abdullayev olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarlarını təqdim edib. Avtomobil tirajı ilə yanaşı, bu dəfəki lotereyada “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanan üç “Nar” abunəçisi – Araz İmanov, Sahib Eminov və Vəfadar Aslanov hədiyyələrini böyük sevinc və həyəcanla təhvil alıblar. Qeyd edək ki, qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib. “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”,…
Ünvanlı yardım alan ailələrin sayı 2024-cü ildə 215 ailə artaraq 2.11% yüksəlmişdir. GDP Dövlət Staistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü il ərzində yardım alan ailə üzvlərinin ümumi sayı isə daha yüksək dinamika nümayiş etdirərək 1 765 nəfər artmış və 4.22% artım qeydə alınmışdır. Məlumata görə, lakin bir nəfərə düşən orta aylıq ünvanlı yardım məbləği 7.49 manat azalaraq, 112.39 manatdan 104.90 manata enmişdir. Bu, 6.66% azalma deməkdir və sosial müdafiə bölmələri arasında ən böyük mənfi dəyişiklik məhz bu göstəricidə müşahidə olunur.
Aİ sənayesində lider mövqe üçün rəqabət gərginləşir. Bir vaxtlar bütün sahəyə hökmranlıq edən OpenAI-nın ChatGPT platforması artıq ödənişli planlar və mobil istifadə baxımından dayanma mərhələsindədir. Halbuki Google-un Aİ köməkçisi Gemini, texnoloji nəhəngin axtarış sistemi, Android əməliyyat sistemi və iş alətləri kimi geniş ekosistemində standart inteqrasiya edilməsi sayəsində sürətli böyümə qeyd edir. Məlumatlara görə, ChatGPT-nin aylıq aktiv istifadəçi bazası təxminən 800 milyon səviyyəsində qalarkən, Gemini yaxınlaşaraq 650 milyon istifadəçiyə yaxınlaşır. Tərəflərin performansını müqayisə edən müstəqil ölçmələr və bençmarklar isə daha çarpıcı bir mənzərə ortaya qoyur. Bilik, riyazi məsələlərin həlli və kodlaşdırma sahələrində aparılan son testlər Google-un ən yaxşı modellərinin indi açıq…
Gdp.az xəbər verir ki, Bakcell-in meqa lotereyasında növbəti həftəlik tirajın qalibi müəyyənləşib. 9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva olub. Lotereya çərçivəsində hər həftə yeni avtomobil qalibləri, hər gün isə “iPhone 17” sahibləri müəyyənləşir. Qarşıdakı həftələrdə əlavə 4 “Zeekr 001” avtomobili, final tirajında isə uzun müddətdir gözlənilən “Porsche Cayenne” qaliblərinə təqdim olunacaq. Abunəçilər “Şans” paketləri vasitəsilə udma şanslarını artırmaq imkanına malikdirlər: • 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES • 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES Lotereyada “Şans” paketləri abunəçilərə lotereyada iştirak haqqı və şəbəkədaxili danışıq dəqiqələri qazandırır. Ətraflı məlumat üçün: lotereya.bakcell.com
Azərbaycanın dövlət neft şirkəti SOCAR, Qətər hökumətinin maliyyə dəstəyi ilə Suriyanın paytaxtı Dəməşqdəki beynəlxalq hava limanına yanacaq tədarükü üçün məsuliyyət daşıyacaq. GDP xəbər verir ki,məlumata görə, yanacağın Azərbaycandan göndərilməsi gözlənilmir, təchizatı şirkətin beynəlxalq ticarət qolu olan SOCAR Trade həyata keçirəcək. Qeyd edək ki, SOCAR-ın aviasiya yanacağı ilə təminat sahəsində artıq təcrübəsi var. Şirkət, Türkiyədəki İstanbul Hava Limanında yerüstü xidmətlər üçün yanacaq tədarük edir və həmin aeroporta daxil olan yanacaqdoldurma məntəqələri şəbəkəsinə nəzarət edir. İstanbulda SOCAR brendi altında fəaliyyət göstərən doqquz yanacaqdoldurma məntəqəsi mövcuddur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rüblük vergi uçotunu və əməliyyatların şəffaflığını təmin etmək məqsədilə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi işləri uğurla davam etdirilir. GDP xəbər verir ki, xidmətdən verilən məlumata görə, indiyədək ölkə ərazisində ümumilikdə 109,611 ədəd yeni nəsil NKA quraşdırılıb. Bu texnoloji yenilik satış əməliyyatlarının daha şəffaf qeydə alınmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ümumi ticarət dövriyyəsinə effektiv nəzarətin yaradılmasına əhəmiyyətli dərəcədə kömək edir. Statistik məlumatlar yeni sistemin səmərəliliyini aydın şəkildə təsdiq edir. 2025-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan ümumi dövriyyə 25 milyard 54,4 milyon manat həcminə çatıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə…
