Author: Aynure Gdp

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rüblük vergi uçotunu və əməliyyatların şəffaflığını təmin etmək məqsədilə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi işləri uğurla davam etdirilir. GDP xəbər verir ki, xidmətdən verilən məlumata görə, indiyədək ölkə ərazisində ümumilikdə 109,611 ədəd yeni nəsil NKA quraşdırılıb. Bu texnoloji yenilik satış əməliyyatlarının daha şəffaf qeydə alınmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ümumi ticarət dövriyyəsinə effektiv nəzarətin yaradılmasına əhəmiyyətli dərəcədə kömək edir. Statistik məlumatlar yeni sistemin səmərəliliyini aydın şəkildə təsdiq edir. 2025-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan ümumi dövriyyə 25 milyard 54,4 milyon manat həcminə çatıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə…

Read More

 Qazaxıstan neft ixracını diversifikasiya etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə daşınan neftin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. GDP xəbər verir ki,beynəlxalq agentliklərin məlumatına görə, dekabr ayında BTC üzrə tədarük 30 faiz artırılacaq. Bu qərar, Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində zədələnən Novorossiyskdəki Qara dəniz Terminal Kompleksinə (KTK) alternativ yolların axtarılması ilə bağlıdır. Həmin hücum terminaldakı yan alma qurğusuna ziyan vurmuş, nəticədə KTK-nın işi müvəqqəti dayandırılmışdı. Hal-hazırda KTK-da yükləmə əməliyyatları bərpa olunsa da, yalnız bir işlək pier istifadə olunur, bu da terminalın adi gücünə nisbətən məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərməsi deməkdir. Bu fonda Qazaxıstan, əsas neft ixrac marşrutlarından birinin məhdudlaşdığı şəraitdə, BTC kimi alternativ tranzit…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək məqsədilə Qazaxıstan Milli Bankının (QMB) nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankın qərargahında keçirilən interaktiv görüşlər əsasən maliyyə sektorunda və xüsusən də mərkəzi banklarda müasir idarəetmə təcrübələri ilə tənzimləyici yeniliklərin mübadiləsinə yönəlmişdir. Görüşlərin əsas diqqət mərkəzində maliyyə hesabatlığının keyfiyyətinin və şəffaflığının artırılması dayanırdı. Bu çərçivədə tərəflər konsolidasiya olunan maliyyə hesabatları üçün hazırkı avtomatlaşdırılmış bank informasiya sistemlərinin imkanları və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBES) ciddi uyğunluq tələbi ilə əlaqədar olaraq, maliyyə alətlərinin, digər aktiv və öhdəliklərin tanınması, ölçülməsi və qiymətləndirilməsi məsələləri, habelə yeni maliyyə hesabatlığı standartlarının tətbiqində qarşılaşılan…

Read More

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib. GDP xəbər verir ki, bu, Ülvi Eldar oğlu Mansurovdur. O, 1983-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb, 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib. Ü.Mansurov əmək fəaliyyətinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) başlayıb, 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb, 2012-ci ildə “Bank Technique” ASC-nin İdarə Heyətinin (İH) sədri, 2015-ci ildə isə ABB-nin İH sədrinin müavini vəzifəsinə təyin olunub. O, 2017-ci ildən…

Read More

Rusiyanın “Lukoil” neft şirkəti, Azərbaycanın ən böyük qaz-kondensat yatağı “Şahdəniz”də 19,9% paya malikdir ki, bu da yatağın beşdə birinə bərabərdir. Hal-hazırda şirkət sanksiyalar səbəbindən həmin payını satmaq məcburiyyətindədir. Məlumata görə, sanksiyalar şirkətin layihələrin maliyyələşdirilməsi üçün öz maliyyə öhdəliklərini yerinə yetirməsinə mane olur. Razılaşma şərtlərinə əsasən, konsorsiumun hər bir üzvü öz payına düşən xərcləri ödəməlidir. Sanksiyalar səbəbindən “Lukoil” bu ödənişləri vaxtında həyata keçirə bilməyəcək. Mənbələr bildirir ki, şirkət gecikmə ödənişlərinə görə yüksək cərimələrlə üzləşə bilər. Buna görə də “Lukoil” öz payını satmaq qərarına gəlib. Satışın 13 dekabr tarixinə qədər baş tutması gözlənilir. Hesab edilir ki, şirkət aktivlərini dünya bazarında qiymətlərin 30-40%…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfərdə olub. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, səfər çərçivəsində ARMB nümayəndə heyəti Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirib. Görüşdə monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, dayanıqlı maliyyə məsələləri geniş müzakirə edilib. Tərəflar həmçinin maliyyə sektorunda innovativ texnoloji həllərin və yanaşmaların tətbiqi sahəsində qarşılıqlı təcrübələri mübadilə ediblər. Görüşdə Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində bilik və təcrübə mübadiləsinin artırılması imkanları müzakirə olunub. Bu görüş iki ölkənin maliyyə qurumları arasında…

Read More

Norm Azərbaycanda sənaye tullantılarının təkrar istifadəsi istiqamətində növbəti addımı ataraq, neft-qaz sənayesində qazma əməliyyatlarından əldə edilən emal olunmuş qazma şlamı üzərində sənaye sınaqlarını müvəffəqiyyətlə tamamlayıb. Azeri M-I tərəfindən təchiz olunan, təqribən 1000 ton emal olunmuş qazma şlamı Norm Sement zavodunda klinker istehsalı zamanı alternativ xammal kimi istifadə edilib. Laboratoriya, emissiyaya nəzarət və əməliyyat testləri materialın sobada emalı üçün tələb olunan keyfiyyət, təhlükəsizlik və ətraf mühitlə bağlı bütün standartlara cavab verdiyini təsdiqləyib. Sınaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə (ƏMTQ) müvafiq şəkildə həyata keçirilib və bütün mərhələlərdə tənzimləyici qaydalara, eləcə də ətraf mühitin…

Read More

A-Qroup Sığorta Şirkəti ASC-nin 2025-ci ilin ilk doqquz ayında xalis mənfəətin 34,24% artaraq 1,657 milyon manata çatması hesabat dövrünün əsas uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu nəticə həm əməliyyat xərclərinin optimallaşdırılması, həm də investisiya fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır. GDP xəbər verir ki, A-Qroup Sığorta Şirkəti ASC-nin xalis mənfəətdəki əhəmiyyətli artım əsasən iki faktorun təsirindən formalaşıb:– Əsas sığorta xərclərinin 5,63% azalması nəticəsində əməliyyat yükü yüngülləşib və sığorta fəaliyyətinin rentabelliyi yüksəlib.– İnvestisiya gəlirlərinin 125,22% kimi yüksək templə artması isə şirkətin maliyyə aktivlərini daha səmərəli idarə etdiyini və investisiya bazarındakı əlverişli şəraitdən maksimum yararlandığını göstərir. Faiz/dividend gəlirlərinin 119,38% artması və investisiya zərərinin 82,72%…

Read More

2025-ci ilin oktyabr ayında banka daxil olmalar üzrə əməliyyatların sayı cüzi – cəmi 1,8% artsa da, ümumi məbləğin 27,6%-lik yüksəlişi daxili dövriyyədə nəzərəçarpan canlanmanın baş verdiyini göstərir. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, xüsusilə diqqəti cəlb edən  məqam isə bir əməliyyatın orta məbləğinin 480,2 manatdan 602,2 manata yüksəlməsi, yəni 25,4% artmasıdır. Bu dinamika daha iri həcmli ödənişlərin bank sisteminə daxil olmasının gücləndiyini, yüksək məbləğli tranzaksiyaların payının artdığını göstərir. Bunun əksinə olaraq, bankdan kənara köçürmələr üzrə tam fərqli tendensiya müşahidə olunur. Xaricə və ya digər maliyyə təşkilatlarına yönələn əməliyyatların sayı 31,2% azalaraq kəskin geriləmə nümayiş etdirib. Ümumi köçürmə məbləğinin də…

Read More