- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Səkkiz OPEC+ ölkəsinin neft nazirləri neft hasilatı limitini 2026-cı ilin birinci rübündə dekabr 2025-ci il səviyyəsində dondurmaq planlarını saxladıqlarını bildiriblər. GDP xəbər verir ki, bu barədə OPEC-in iclasının yekunları haqqında kommunikedə qeyd olunub. Kommunikedə deyilir: “Səkkiz iştirakçı ölkə 2025-ci il noyabrın 2-də mövsümi dalğalanmalarla əlaqədar olaraq 2026-cı ilin fevral və mart aylarında istehsal həcmlərinin mərhələli şəkildə artırılmasını dayandırmaq qərarını təsdiq etdilər.” Noyabr ayının əvvəlində səkkiz OPEC+ ölkəsinin neft nazirləri dekabr ayı üçün neft hasilatı kvotalarının gündə 137 min barel (g/b) artırılması barədə razılığa gəliblər. Kompensasiya cədvəli nəzərə alınmadan, 2026-cı ilin birinci rübündə neft hasilatı kvotası Rusiya üçün 9,57 milyon g/b,…
ABŞ-nin aparıcı maliyyə qurumlarından biri olan “Bank of America” tərəfindən hazırlanmış tədqiqatda deyilir ki, 1997-2012-ci illərdə anadan olmuş şəxslərdən ibarət Z nəsli gələcəkdə tarixdəki ən varlı nəsilə çevrilə bilər. GDP xəbər verir ki, hesablamalara görə, 2030-cu ilə qədər Z nəslinin ümumi gəlirləri 36 trilyon dolları keçəcək. Daha uzunmüddətli perspektivdə isə onların ümumi sərvətinin 84 trilyon dollara yaxınlaşacağı gözlənilir. Bunun əsas səbəbləri kimi karyera irəliləyişləri, yüksək texnologiyalı sahələrdə artan təmsilçilik, həmçinin əvvəlki nəsillərdən irs qalan aktivlərin ötürülməsi göstərilir.
Yapı Kredi Bank Azərbaycanın Satış və Marketinq üzrə Baş Direktor müavini, İdarə Heyətinin üzvü Sinan Ağırbaş 2025-ci ilin bank üçün uğurlu nəticələrlə başa çatdığını bildirib. GDP xəbər verir ki, Ağırbaş sosial mediada paylaşdığı açıqlamasında qeyd edib ki, 2025-ci il Yapı Kredi Bank Azərbaycan üçün güclü performans, intizamlı böyümə və strateji transformasiyanın ön plana çıxdığı bir dövr olub. O vurğulayıb ki, komanda müştəri təcrübəsi, rəqəmsallaşma, məhsul çeşidliliyi və davamlı gəlirlilik sahələrində əhəmiyyətli irəliləyişlər əldə edib. Bank rəhbəri keçən ilin qlobal və regional miqyasda qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatının davamlılıq nümayiş etdirdiyini qeyd edib. Qeyri-neft sektorlarındakı genişlənmə, maliyyə sisteminin güclənməsi və islahat yönümlü…
Forbes jurnalının yeni siyahısına əsasən, dünyanın ən gənc milyarderləri 22 yaşlı üç sahibkardır. GDP xəbər verir ki,onların hamısı Amerikadan olub süni intellekt sahəsində fəaliyyət göstərən “Mercor” startapının həmtəsisçiləridir. Adarsh Hiremath, Brendan Fudi və Surya Midhinin hər birinin şəxsi sərvəti 2,2 milyard ABŞ dollarıolaraq qiymətləndirilir. Onların şirkəti “Mercor” isə oktyabr ayında şəxsi investorlar tərəfindən 10 milyard dollar dəyərində qiymətləndirilib. Forbesin “40 yaşdan gənc, öz sərvətini özü qazanmış ən varlı insanlar” kateqoriyası üçün hazırladığı siyahıda həmçinin qeyd olunur ki, məşhur müğənni Beyonce tarixdə beşinci milyarder musiqi ifaçısı olub. Bu siyahıya əvvəllər Jay-Z, Taylor Swift, Rihanna və Bruce Springsteen daxil olublar.
05 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək. GDP xəbər verir ki, Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir. Qeyd edək ki, nominal dəyəri 100 000 AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-ci il büdcəsi haqqında fərmanında Fondun əsas gəlir mənbələri eyni zamanda əsas xərc istiqamərləri öz əksini tapıb. GDP xəbər veir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi, 2025-ci illə müqayisədə həm gəlirlərdə, həm də xərclərdə əhəmiyyətli dəyişiklikləri nəzərdə tutur. Ümumi gəlirlər təxminən 1,42 milyard manat və ya 9,8% azalaraq, 14,45 milyard manatdan 13,03 milyard manata endirilib. Eyni zamanda, xərclər daha böyük həcmdə, təxminən 1,62 milyard manat və ya 11,1% azalıb. Bu ümumi azalmanın arxasında əsas gəlir mənbələrində baş verən dəyişiklər dayanır. Fondun ən böyük gəlir mənbəyi olan karbohidrogen satışından əldə…
31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində…
“Bir Ekosistemi”nin baş direktoru və “PASHA Holding”in baş direktor müavini Fərid Məmmədov Bir-in Azərbaycanın yeni rəqəmsal dövrünü necə canlandırdığını açıqlayır. Əgər sizdən Azərbaycanı təsvir etməyinizi istəsəydim, böyük ehtimalla ağlınıza bir şey dərhal gələrdi: neft. “Odlar Yurdu” uzun müddətdir ki, Avropanın qaz təchizatının təmin edilməsində mühüm rol oynayan qlobal enerji gücünə çevrilib. Bu vacib resurs ölkəmizin gözəl sosial-iqtisadi inkişaf yolunun maliyyələşməsini təmin etdi, iqtisadiyyatın 2007-2019-cu illər arasında 80% böyüməsinə, eyni zamanda qeyri-neft sektorunun isə 2,1 dəfə artımına şərait yaratdı. Bəs sizə milli diqqət tez bir zamanda Xəzər dənizinin dərinliklərindən rəqəmsal səmanın sonsuz potensialına sürətlə keçdiyini desəm necə olardı? Azərbaycan artıq yalnız…
Azərbaycanın aparıcı rəqəmsal platforması “Bir” ekosisteminin gəlirlərinin güclü artım sürətini saxlayacağı proqnozlaşdırılır. GDP xəbər verir ki, bu barədə məlumat verən Ekosistemin baş direktoru və “PASHA Holding”in baş direktor müavini Fərid Məmmədovun sözlərinə görə, “Bir”in gəlirləri 2022-ci ildəki 589 milyon dollardan 2025-ci ildə 914 milyon dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Bu, ekosistemin davamlı uzunmüddətli artım impulsunu nümayiş etdirir. Məmmədov qeyd edib ki, regionda onlayn pərakəndə satışın həcmi hələ də orta səviyyədə olsa da, artım trayektoriyası planlaşdırılandan daha yüksəkdir. Ümumi mal dəyərinin hər il 80%-dən çox artması gözlənilir. Nağdsız əməliyyatların isə 2030-cu ilədək ümumi ödəniş həcmi daxilində 44 milyard…
Mərkəzi Bank “AtaSığorta” ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb. GDP xəbər verir ki, məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilmişdir. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılmışdır.
