Close Menu
    What's Hot

    Qızılın dəyərində azalma, səhmlərin payında artım: Dövlət Neft Fondunun portfeli necə dəyişib?

    23 İyul 2026

    Türk İnvestisiya Fondu və Macarıstan–Qırğızıstan İnkişaf Fondu əməkdaşlıq imkanlarını müzakirə edib

    23 İyul 2026

    Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır

    23 İyul 2026
    Trending
    • Qızılın dəyərində azalma, səhmlərin payında artım: Dövlət Neft Fondunun portfeli necə dəyişib?
    • Türk İnvestisiya Fondu və Macarıstan–Qırğızıstan İnkişaf Fondu əməkdaşlıq imkanlarını müzakirə edib
    • Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır
    • Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI
    • Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib
    • SOCAR dekarbonizasiya və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirib
    • Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü dəfə faiz dərəcəsini dəyişməz saxlayacaq – Bloomberg
    • Brent markalı neftin qiyməti son altı həftədə ilk dəfə 95 dolları ötüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Qızılın dəyərində azalma, səhmlərin payında artım: Dövlət Neft Fondunun portfeli necə dəyişib?

      23 İyul 2026
      Recent

      Qızılın dəyərində azalma, səhmlərin payında artım: Dövlət Neft Fondunun portfeli necə dəyişib?

      23 İyul 2026

      Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü dəfə faiz dərəcəsini dəyişməz saxlayacaq – Bloomberg

      22 İyul 2026

      Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

      21 İyul 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      İnvestisiya şirkətlərinin reytinqi: bazar payları və dövriyyə üzrə müqayisəli təhlil

      08 İyul 2026

      Brent markalı neftin qiyməti son altı həftədə ilk dəfə 95 dolları ötüb

      22 İyul 2026

      Neft yenidən bahalaşır-Brent uzun müddətdən sonra ilk dəfə 90 dolları ötüb

      21 İyul 2026

      Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

      20 İyul 2026

      Asiya bazarlarında çöküş sürətlənir- Koreya, süni intellekt və yarımkeçiricilər təzyiq altındadır

      17 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Brent markalı neftin qiyməti son altı həftədə ilk dəfə 95 dolları ötüb

      22 İyul 2026

      Neft yenidən bahalaşır-Brent uzun müddətdən sonra ilk dəfə 90 dolları ötüb

      21 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Neft qiymətləri ABŞ–İran atəşkəs təklifi fonunda ucuzlaşıb

      20 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR dekarbonizasiya və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirib

      22 İyul 2026
      Recent

      SOCAR dekarbonizasiya və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirib

      22 İyul 2026

      Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

      22 İyul 2026

      Yarımildə 1 034 müəssisə və 7 244 rüblük hesabat – rəqəmsal maliyyə nəzarəti güclənir

      21 İyul 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Azərbaycanda pərakəndə ticarət necə dəyişib?-Ticarət şəbəkələrinin bazar payı 5 ildə 30%-ə çatıb -ABB-nin araşdırması
    Biznes

    Azərbaycanda pərakəndə ticarət necə dəyişib?-Ticarət şəbəkələrinin bazar payı 5 ildə 30%-ə çatıb -ABB-nin araşdırması

    06 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Ölkənin əsas maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən “Azərbaycan Üzrə Pərakəndə Ticarət Sektorunun Təhlili: Trendlər və Nəticələr” adlı hesabatın II buraxılışında (Dekabr 2025) təqdim olunan məlumatlara əsasən, ölkədə pərakəndə ticarət dövriyyəsi 2020-2025-ci illər ərzində davamlı inkişaf yolu keçmişdir. Bankın təhlili göstərir ki, sektorun ümumi dövriyyəsi orta illik 3,1% artım tempi ilə artmış, 2020-ci ildə 40,2 mld. manat olan göstərici 2025-ci ilin ilk doqquz ayında 46,4 mld. manat səviyyəsinə qalxmışdır.

    Hesabatda sektorlar üzrə mütləq göstəricilər də ayrıca təhlil edilmişdir. Buna görə, ticarət müəssisələri (şəbəkəli və müstəqil mağazalar, supermarketlər) ən yüksək nisbi artım tempi nümayiş etdirərək, dövriyyələrini 2020-ci ildə 9,1 mld. manat-dan 2025-ci ilin yanvar-sentyabrında 14,0 mld. manat-a qədər artıra bilmişlər. Məhsul bazarları və yarmarkalar da güclü irəliləyiş göstərmiş, dövriyyə həcmi 9,1 mld. manat-dan 16,9 mld. manat-a çatmışdır. Fərdi sahibkarların dövriyyəsi isə dalğalanma ilə xarakterizə olunmuş, 2020-ci ildə 21,9 mld. manat olan göstərici 2025-ci ilin ilk doqquz ayında 21,4 mld. manat təşkil etmişdir.

    ABB-nin təhlilinə əsasən, ən əhəmiyyətli dəyişiklik sektorların ümumi dövriyyə içərisindəki bazar paylarının strukturunda baş vermişdir. Bu, rəqabətin intensivləşməsi və istehlakçı davranış modelinin tədricən dəyişməsi ilə əlaqədardır.

    • Ticarət müəssisələrinin payı 2020-ci ildə 23% səviyyəsindən 2025-ci ilin sentyabrına qədər 30%-ə yüksəlmişdir. Hesabatda bu sürətli artımın əsas səbəbləri kimi formal ticarət şəbəkələrinin coğrafi və məhsul çeşidinin genişlənməsi, rahat alış-veriş mühitinin yaradılması və inteqrasiya olunmuş xidmətlərin təklifi göstərilir.

    • Fərdi sahibkarların payı isə əksinə, 55%-dən 46%-ə qədər azalma trendi göstərmişdir. Payın azalması ticarət müəssisələrinin artan rəqabət təzyiqi ilə izah olunur.

    • Məhsul bazarları və yarmarkaların payı isə sabit qalaraq (23%-dən 24%-ə) öz mövqelərini saxlamışdır. Bu, ənənəvi ticarət formalarının, xüsusən də təzə ərzaq məhsullarına tələbat olan seqmentdə, davamlı populyarlığını təsdiq edir.

    ABB tərəfindən hazırlanmış bu təhlilə əsasən belə nəticəyə gəlmək olar ki, 2020-2025-ci illər arasında Azərbaycanın pərakəndə ticarət sektoru təkcə ümumi həcmdə deyil, həm də təşkilati quruluşunda ciddi çevriliş yaşamışdır. Sektor getdikcə daha formal, şəbəkələşmiş və təşkilati cəhətdən qurulmuş ticarət müəssisələrinin üstünlüyü istiqamətində inkişaf edir. Bununla belə, ənənəvi bazarlar özünü ixtisaslaşdığı seqmentlərində sabitlik nümayiş etdirir, fərdi sahibkarlıq forması isə öz rolunu saxlamasına baxmayaraq, ümumi pay itkisinə məruz qalır. Bu dinamika bazarın yetkinləşməsi və istehlakçıların müasir formatlara meylinin artması kimi qiymətləndirilə bilər.

    Mənbə: Azərbaycan Beynəlxalq Bankının (ABB) “Azərbaycan Üzrə Pərakəndə Ticarət Sektorunun Təhlili: Trendlər və Nəticələr” hesabatı (II buraxılış, Dekabr 2025) və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Türk İnvestisiya Fondu və Macarıstan–Qırğızıstan İnkişaf Fondu əməkdaşlıq imkanlarını müzakirə edib

    23 İyul 2026

    Norm “4Sİ Akademiyası – Milli Proqram”ın yeni mərhələsinin tərəfdaşıdır

    23 İyul 2026

    Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI

    23 İyul 2026

    Maşınqayırma sahəsində 42 yeni dövlət standartı qəbul edilib

    14 İyul 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.