Avropada istilik mövsümünün başlaması fonunda qazın birja qiymətləri 1 000 kubmetr üçün 1 070 dollar həddini keçib.
GDP xəbər verir ki,istilik mövsümü rəsmi olaraq dünən başlayıb.
Qiymət artımı mövsümi amillərlə bağlıdır. Yeraltı qaz anbarlarından qazın götürülməsinə başlanması ilə əlaqədar bazarda qışın daha soyuq keçməsi və ehtiyatların sərfiyyat sürəti ilə bağlı risklər nəzərə alınır.
Bu vəziyyət sənaye müəssisələri üçün enerji xərclərinin yüksək səviyyədə qalması, əhali üçün isə istilik təchizatı üzrə ödənişlərin artması təzyiqi deməkdir. Avropa Mərkəzi Bankı (AMB) üçün isə bu, pul siyasətinin yumşaldılması məsələsində ehtiyatlı davranmağa əlavə əsas yaradır. Çünki enerji sektoru avrozonada inflyasiya risklərinin əsas mənbələrindən biri olaraq qalır.

