Dünya bazarında neft qiymətləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda artıb.
GDP xəbər verir ki, “Brent” markalı neft 1,54 faiz bahalaşaraq bir barel üçün 110,50 dollara çatıb. WTI markalı neftin qiyməti isə 1,30 faiz artaraq bir barel üçün 98,41 dollar təşkil edib.
Fars körfəzi regionunda münaqişənin kəskinləşməsi neft tədarükü ilə bağlı riskləri artırır.

