“Azər-Türk Bank” ASC-nin səhmdarlarının noyabrın 23-nə planlaşdırılan növbəti ümumi yığıncağı dekabrın 24-nə keçirilib. Yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.
GDP xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən baş ofisində keçiriləcək.
Xatırladaq ki, sentyabrın 25–26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun “Azər-Türk Bank”ın yeni səhmlərini əldə etməsinə dair saziş imzalanıb.
1995-ci ildə yaradılan bankın nizamnamə kapitalı 100,5 milyon manatdır. Səhmlərin 51%-i SOCAR-a, 24%-i dövlət adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin “Ziraat Bank”ına, 6,55%-i “AzRe Təkrarsığorta”ya, 5%-i “Qala Həyat Sığorta”ya, 1,08%-i isə “Ziraat Bank International”a məxsusdur.

