Close Menu
    What's Hot

    Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

    23 Noyabr 2026

    Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır

    23 Noyabr 2026

    PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

    23 Noyabr 2026
    pashabank
    Trending
    • Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”
    • Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır
    • PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
    • Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi
    • Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb
    • PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”
    • “PashaPay”in keçmiş biznes üzrə baş direktoru “Innovance Consultancy”nin Azərbaycan üzrə direktoru təyin edilib
    • “Rabitəbank” virtual oyunlar üzrə ödənişləri mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır-Baş direktordan açıqlama
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026
      Recent

      Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

      23 Noyabr 2026

      PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

      23 Noyabr 2026

      Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb

      23 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasında dövriyyə 32% azaldı, əqdlərin sayı 110% artdı, yerli qiymətli kağızlar bazarının strukturu dəyişdi

      06 Noyabr 2026

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      Brent markalı neftin qiyməti bir barel üçün 90,94 dollara düşüb

      20 Noyabr 2026

      Neft yenidən ucuzlaşıb

      17 Noyabr 2026

      Goldman Sachs: Qızılın qiyməti 2028-ci ilədək yeni tarixi maksimuma çatacaq

      17 Noyabr 2026

      Azərbaycan nefti ilin əvvəlindən 56% bahalaşıb-İnfoqrafika

      15 Noyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026
      Recent

      Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi

      23 Noyabr 2026

      Azərbaycan elektron hökumətin inkişafına görə dünyada 38-ci yerə yüksəlib- BMT

      20 Noyabr 2026

      Azərbaycanda poçt operatorlarının şikayət indeksi və cavablandırma müddətləri açıqlanıb

      18 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Azərbaycan Neft Fondunun nümayəndə heyəti Səudiyyə Ərəbistanında nüfuzlu beynəlxalq tədbirdə iştirak edib
    Bank

    Azərbaycan Neft Fondunun nümayəndə heyəti Səudiyyə Ərəbistanında nüfuzlu beynəlxalq tədbirdə iştirak edib

    29 Oktyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) nümayəndə heyəti İcraçı direktor İsrafil Məmmədovun rəhbərliyi altında 27-28 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə işgüzar səfər edib.

    GDp xəbər verir ki, səfər çərçivəsində ARDNF nümayəndə heyəti “The Arab Energy Fund”, “Starwood Capital Group”, “Gulf Islamic Investments”, “Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC Capital Partners”, “Franklin Templeton”, “Brookfield Asset Management”, “BTG Pactual”, “China Investment Corporation” və “FSI (Fondo Strategico Italiano)” kimi dünyanın aparıcı investisiya və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər həyata keçirib.

    Görüşlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, birgə investisiya layihələri, yeni bazarlarda fəaliyyət, uzunmüddətli kapitalın idarə edilməsi, dayanıqlı və məsuliyyətli investisiya modelləri ilə yanaşı suveren sərvət fondlarının qlobal iqtisadiyyatdakı rolu müzakirə olunub.

    İsrafil Məmmədov həmçinin 28 oktyabr tarixində Ər-Riyadda təşkil olunan “Future Investment Initiative 2025” (FII9) beynəlxalq konfransı çərçivəsində “Yeni iqtisadi reallıqda suveren sərvət və institusional kapital” mövzusunda panel müzakirəsində çıxış edib.

    Məmmədov çıxışında Azərbaycan Dövlət Neft Fondunun investisiya strategiyasında dayanıqlı idarəetmə, risklərin effektiv idarə olunması və uzunmüddətli dəyər yaradılmasının əsas prinsiplər kimi qəbul edildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Fondun fəaliyyətində texnoloji innovasiyaların və enerji keçidi proseslərinin dəstəklənməsi prioritet istiqamətdir.

    Panel müzakirəsində həmçinin “The TCW Group, Inc.” şirkətinin Prezidenti və Baş icraçı direktoru Keti Kox, “Liberty Strategic Capital” şirkətinin təsisçisi və baş tərəfdaşı, ABŞ-ın keçmiş Maliyyə naziri Stiven T. Mnuçin, “China Investment Corporation” şirkətinin İcraçı vitse-prezidenti Şaoçin Jan və “The National” nəşrinin geoiqtisadiyyat üzrə redaktoru Manas Krenni də çıxış etməklə suveren fondların mövcud qlobal iqtisadi şəraitdəki roluna dair qiymətli fikir və təhlillərini bölüşüblər.

    Səfər Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq maliyyə və investisiya sahəsindəki fəaliyyətinin genişləndirilməsi, həmçinin dünyanın aparıcı investorları ilə əlaqələrin gücləndirilməsi baxımından uğurlu olub.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”

    23 Noyabr 2026

    PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

    23 Noyabr 2026

    Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb

    23 Noyabr 2026

    PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”

    22 Noyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.