2026-cı ilin ilk yarısında kreditlər və ssudalar üzrə Azərbaycanın xalis xarici maliyyə öhdəlikləri 2,5 milyard dollar artıb.
GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artımın əsas hissəsi neft-qaz sektorunun kreditlərinin payına düşüb. Bu sektor üzrə göstərici 2,5 milyard dollar artıb. Bank sektoru üzrə artım 0,2 milyard dollar, müəssisələrin kreditləri üzrə isə 0,1 milyard dollar olub.
Eyni zamanda dövlət kreditləri 0,2 milyard dollar, dövlət zəmanətli kreditlər isə 0,1 milyard dollar azalıb.

