Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub.
GDP xəbər verir ki, bu barədə Azərbaycan respublikasının Energetika Nazirliyi məlumat yayımlayıb
Məlumata görə, bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib.Bu da Azərbaycanın hasilatının iyun ayında “OPEC+” çərçivəsində kvotasından 8 662 ton az olmasının .göstəricisidir.
QEYD: “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.