2026-cı ilin sentyabr ayında nağd ABŞ dollarının həm alış, həm də satış həcmi ötən ilin eyni ayı ilə müqayisədə azalıb. Rusiya rublunun alışında isə iki dəfədən çox artım qeydə alınıb.
GDP Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin ilk 9 ayına daiz məlumatları özündə əks etdirən Statistik bülletenə istinadla xəbər verir ki, nağd dolların alış həcmi 209 milyon 232,2 min dollardan 182 milyon 222 min dollara düşüb. Beləliklə, dollar alışı 27 milyon 10,2 min dollar və ya 12,91% azalıb. Dolların satış həcmi isə 17 milyon 276,6 min dollar və ya 14,90% azalaraq 115 milyon 932,9 min dollardan 98 milyon 656,3 min dollara enib.
Avronun alış və satışında fərqli dəyişikliklər baş verib. Alış həcmi 14 milyon 251,4 min avrodan 11 milyon 164,3 min avroya düşərək 3 milyon 87,1 min avro və ya 21,66% azalıb. Satış həcmi isə 13 milyon 963,5 min avrodan 14 milyon 465,9 min avroya yüksəlib. Bu, 502,4 min avro və ya 3,60% artım deməkdir.
Britaniya funt sterlinqinin həm alışı, həm də satışı azalıb. Alış həcmi 1 milyon 21,4 min funtdan 677,5 min funta enib. Azalma 343,9 min funt və ya 33,67% təşkil edib. Satış həcmi isə 2 milyon 430,1 min funtdan 2 milyon 257,5 min funta düşərək 172,6 min funt və ya 7,10% azalıb.
Rusiya rublunun alışında nəzərəçarpacaq artım olub. Alış həcmi 371 milyon 406 min rubldan 851 milyon 533,8 min rubla yüksəlib. Bu, 480 milyon 127,8 min rubl və ya 129,27% artım deməkdir. Rublun satışı isə əksinə, 206 milyon 207,5 min rubldan 125 milyon 555,8 min rubla enib. Satışda azalma 80 milyon 651,7 min rubl və ya 39,11% təşkil edib.
Müqayisə olunan dövrdə hər dörd valyutanın manatla orta məzənnəsi də aşağı düşüb. Bir ABŞ dollarının orta məzənnəsi 1,6978 manatdan 1,6965 manata enərək 0,0013 manat və ya 0,08% azalıb. Bir avronun orta məzənnəsi 1,9863 manatdan 1,9530 manata düşüb ki, bu da 0,0333 manat və ya 1,68% azalma deməkdir.
Bir Britaniya funt sterlinqinin orta məzənnəsi 2,3045 manatdan 2,2938 manata enərək 0,0107 manat və ya 0,46% azalıb. Bir Rusiya rublunun orta məzənnəsi isə 0,0201 manatdan 0,0190 manata düşüb. Bu valyuta üzrə azalma 0,0011 manat və ya 5,47% təşkil edib.

