Yaxın Şərqdə artan gərginlik fonunda neft qiymətləri yüksəlir.
Bakı vaxtı ilə saat 8:15-ə Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin dəyəri bir barel üçün 81,45 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,32 dollar və ya 0,39% bahadır.
Nyu-York əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti bu dəfə 0,26 dollar və ya 0,34% artaraq 77,42 dollar olub.