Dövlət büdcəsinin gəlirlərinin 48,9%-i və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.
GDP Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5% artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat və ya 2,1 % azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575,0 milyon manat və ya 9,3 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat və ya 8,8% çoxdur.