Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə bankların müvafiq məsul şəxsləri arasında görüş keçirilib.
GDP Maliyyə Monitorinqi Xidmətinin məlumatına istinadən xəbər verir ki, görüşdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin öhdəlik daşıyan şəxslər tərəfindən effektiv icrası müzakirə olunub.
Həmçinin Xidmətlə banklar arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Görüş zamanı qeyd olunan mövzular üzrə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

