Close Menu
    What's Hot

    Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir

    01 Oktyabr 2026

    Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

    01 Oktyabr 2026

    Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək

    01 Oktyabr 2026
    Trending
    • Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir
    • Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb
    • Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

      01 Oktyabr 2026
      Recent

      Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

      01 Oktyabr 2026

      Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək

      01 Oktyabr 2026

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir

      01 Oktyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir

      01 Oktyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb
    Bank

    Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb

    01 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və qlobal investisiya şirkəti olan “Brookfield” Azərbaycan, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda investisiya imkanlarının birgə araşdırılması məqsədilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

    GDP ARDNF-ə istinadən xəbər veri ki, tərəfdaşlıq “Brookfield” şirkətinin qlobal investisiya və əməliyyat təcrübəsi ilə ARDNF-nin region üzrə dərin ekspertizasını və geniş institusional əlaqələrini bir araya gətirəcək.

    Əməkdaşlıq çərçivəsində tərəflər enerji və özəl kapital başda olmaqla müxtəlif sahələrdə perspektivli investisiya imkanlarını araşdıracaq, eyni zamanda qlobal institusional investorların regionda investisiya imkanlarına çıxışının genişləndirilməsinə töhfə verəcəklər.

    Tərəfdaşlıq “Brookfield”in Azərbaycanda fəaliyyət imkanlarının və əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Əməkdaşlığın növbəti mərhələlərində digər beynəlxalq institusional investorların da cəlb olunması və bununla investisiyaların daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur.

    “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konnor Teski bildirib: “Artan enerji tələbatı, zəngin resurslar və qlobal kapitalın cəlb olunmasına verilən önəm Azərbaycan və bütövlükdə region üçün əhəmiyyətli və uzunmüddətli investisiya imkanları yaradır. ARDNF ilə uzun illər ərzində formalaşmış əməkdaşlıq münasibətlərimiz mövcuddur və bu tərəfdaşlıq həmin möhkəm təməllər üzərində qurulur. Birgə imkanlarımızdan istifadə etməklə yüksək keyfiyyətli investisiya imkanlarını müəyyənləşdirməyi və regiona əlavə institusional kapitalın cəlb olunmasına töhfə verməyi hədəfləyirik.”

    ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib: “Brookfield” ilə qurulan bu tərəfdaşlıq aparıcı qlobal investorlarla əməkdaşlığın daha da dərinləşdirilməsi və regiona uzunmüddətli institusional kapitalın cəlb olunması istiqamətində yanaşmamızı əks etdirir. ‘Brookfield’in geniş investisiya və əməliyyat təcrübəsini nəzərə alaraq, regionun davamlı iqtisadi inkişafına töhfə verə biləcək investisiya imkanlarının birgə müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial görürük.”

    “Brookfield” idarəetməsində 1 trilyon ABŞ dollarından çox aktiv olan aparıcı qlobal investisiya şirkətidir. Şirkət qlobal iqtisadiyyatın əsasını təşkil edən real aktivlərə və mühüm xidmət sahələrində fəaliyyət göstərən bizneslərə investisiya yatırır, eləcə də onların idarə olunmasını həyata keçirir“Brookfield” dünyanın müxtəlif ölkələrində institusional və fərdi investorlar adından infrastruktur, enerji, özəl kapital, daşınmaz əmlak və kredit sahələrinə sərmayə yatırır. Bu istiqamətlər iqtisadi artımın və məhsuldarlığın təmin olunmasında mühüm rol oynayır.

    Bir əsrdən artıq tarixə malik olan və 30-dan çox ölkədə fəaliyyət göstərən “Brookfield” uzunmüddətli investisiya yanaşması əsasında müasir iqtisadiyyatın dayanıqlı inkişafı və qarşılıqlı əlaqələrinin gücləndirilməsi üçün əhəmiyyət daşıyan aktiv və bizneslərin inkişafına sərmayə qoyur. Şirkət bu yanaşma ilə müştəriləri üçün uzunmüddətli dəyər yaratmağa və səhmdarları üçün risklər nəzərə alınmaqla yüksək gəlirlilik təmin etməyə çalışır.

    Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 72 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək

    01 Oktyabr 2026

    PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

    30 Sentyabr 2026

    Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

    30 Sentyabr 2026

    Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

    29 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.