FED-in faiz artımı gözləntilərinin güclənməsi fonunda qızıl təxminən 2% ucuzlaşır
GDP xəbər verir ki, qızılın qiyməti bazar ertəsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı cilovlamaq məqsədilə bu həftə əsas faiz dərəcəsini artıracağı ilə bağlı narahatlıqların güclənməsi fonunda kəskin şəkildə aşağı düşür.
Bakı vaxtı ilə saat 14:17-yə olan məlumata görə, Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 1,9% azalaraq bir unsiya üçün 4 327 dollara enib.
Gümüş 3% ucuzlaşaraq bir unsiya üçün 63,24 dollara, platin isə 1,5% azalaraq 1 770 dollara düşüb.

