Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi TotalEnergies-in fəaliyyəti ilə bağlı hesabat təqdim edib və bu hesabatda şirkətin Azərbaycanın neft-qaz sektoruna investisiyalarının dayandırılmasını tövsiyə edib.
GDP xəbər verir ki, Fransa Senatının Beşinci Respublika hökumətinə təqdim etdiyi hesabatda “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin və ya davam edən layihələrin yeni mərhələlərinin dayandırılması” tələb olunur.
Komissiya həmçinin hökuməti Rusiyadan mayeləşdirilmiş qazın idxalını dərhal dayandırmağa çağırıb