Close Menu
    What's Hot

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026
    Trending
    • Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    • Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026
      Recent

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026

      24 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Hasilat azalır, risklər artır: Neft Fondunun 2026 büdcəsinə rəy
    Audit

    Hasilat azalır, risklər artır: Neft Fondunun 2026 büdcəsinə rəy

    12 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Hesablama Palatası **Dövlət Neft Fondu**nun 2026-cı il büdcə layihəsinə dair rəyində Fondun əsas gəlir mənbələri üzrə ciddi azalma və struktur riskləri açıqlayıb.

    GDP xəbər verir ki,Ali audit qurumunun rəyinə əsasən, karbohidrogen satışından xalis gəlirlər 8 551,0 mln. manat proqnozlaşdırılır ki, bu da ümumi gəlirlərin 65,6%-ni təşkil edir və Fondun əsas maliyyə dayağı olaraq qalır. Bununla belə, Hesablama Palatası bu göstəricinin azalmasını bir neçə fundamental səbəblə izah edir.

    Əsas amillərdən biri hasilatın azalmasıdır. Azərbaycanın başlıca neft yatağı olan Azeri-Çıraq-Güneşli (AÇG) üzrə hasilatın 2026-cı ildə 120,1 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici 2010-cu ildə qeydə alınmış 303 milyon barellik pik həcmdən təxminən 2,5 dəfə azdır. Palata qeyd edir ki, təbii ehtiyatların tükənməsi səbəbindən AÇG-də hasilatın azalması artıq uzunmüddətli və ardıcıl trendə çevrilib.

    Digər risk amili qiymət fərziyyələri ilə bağlıdır. Büdcənin baza ssenarisində neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları/barel götürülsə də, Hesablama Palatası bu göstəricinin optimist ola biləcəyini bildirir. Beynəlxalq təşkilatların Brent markalı neft üzrə orta proqnozları 60–65 ABŞ dolları intervalında dəyişir, bəzi qurumlar, o cümlədən ABŞ Enerji İnformasiya Administrasiyası isə 52 ABŞ dolları səviyyəsində daha aşağı qiymət gözləntiləri irəli sürür.

    Rəydə həmçinin gəlirlərin yüksək dərəcədə konsentrasiyası diqqətə çatdırılır. Ümumi karbohidrogen gəlirlərinin 84,2%-i yalnız AÇG yatağının payına düşür, bu isə Fondun gəlir bazasında diversifikasiyanın zəif olduğunu göstərir.

    Digər yataqlar üzrə 2026-cı il üçün gözlənilən gəlirlər isə nisbətən məhduddur. Şahdəniz yatağından 532,6 mln. ABŞ dolları, Abşeron JOCAP yatağından 88,1 mln. ABŞ dolları, Balaxanı, Suraxanı, Zığ və digər kiçik quru yataqlarından isə ümumilikdə təxminən 30 mln. ABŞ dolları həcmində gəlir proqnozlaşdırılır.

    Hesablama Palatası bildirir ki, 2026-cı il üzrə akkount ödənişləri sıfır səviyyəsində nəzərdə tutulub. Buna səbəb mövcud neft-qaz müqavilələri (HPBS/PSA) çərçivəsində növbəti ildə yeni kəşfiyyat və ya əlavə kəşfiyyat mərhələlərinin planlaşdırılmamasıdır.

    Tranzit gəlirləri üzrə vəziyyət isə faktiki olaraq simvolikdir – cəmi 3,7 min manat proqnozlaşdırılır. Rəydə qeyd olunur ki, Rusiya–Ukrayna müharibəsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu ilə neft daşınmasının dayanması bu gəlir mənbəyini praktik olaraq aradan qaldırıb.

    Bonus ödənişləri üzrə 2026-cı il üçün cəmi 1,1 mln. manat proqnozlaşdırılır. Palata bunu AÇG yatağı üzrə HPBS müqaviləsinə əsasən 2018–2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində bonus ödənişlərinin artıq başa çatması ilə əlaqələndirir.

     

    Dividend və mənfəət payı gəlirləri üzrə isə 404,4 mln. manat daxilolma nəzərdə tutulur. Bu məbləğin tam olaraq Cənub Qaz Dəhlizi layihəsindən formalaşacağı proqnozlaşdırılır. Lakin SOCAR-ın rəsmi məktubunda CQD və STAR layihələri üzrə 2026–2029-cu illərdə dividend ödənişlərinin planlaşdırılmadığı bildirilib ki, bu da büdcə proqnozları ilə faktiki gözləntilər arasında ciddi uyğunsuzluq yaradır. Eyni zamanda, Razılaşma Protokolu çərçivəsində 136,2 mln. ABŞ dolları (231,5 mln. manat) daxilolma nəzərdə tutulsa da, 2025-ci ilin ilk 9 ayında bu mənbədən heç bir vəsait daxil olmayıb.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

    19 İyun 2026

    Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

    17 İyun 2026

    “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

    16 İyun 2026

    Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

    12 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.