“Biz artıq Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək bizim ümumi strategiyamızın tərkib hissəsidir”.
“Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var”.
GDP xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq.
“Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik. Bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək”, – bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
“Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”, – deyə dövlətimizin başçısı əlavə edib.

