“Aqrar Tədarük və Təchizat” ASC-nin “Tedaruk.az” portalı üzrə 2026-cı ilin ilk 6 ayında dövlət sifarişi əsasında ümumi dəyəri 66.932.307,86 manat olan ərzaq məhsulları satın alınıb.
GDP xəbər verir ki, hesabat dövründə 112 satınalan təşkilat, 83 istehsalçı və satıcıdan 228 növdə məhsulu 8.845 sifariş ilə tədarük edib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.
Portal vahid platforma olaraq satınalmanın operativliyini, şəffaflığını və səmərəliliyini artırmaqla yanaşı, yerli istehsalçıların dövlət satınalmalarında iştirakını genişləndirir və bazara çıxışına dəstək verir. “Aqrar Tədarük və Təchizat” ASC elektron satınalma mexanizmlərini təkmilləşdirməklə yerli istehsalçıların dəstəklənməsi və dövlət qurumlarının keyfiyyətli ərzaqla dayanıqlı təminatını gücləndirməyi davam etdirəcək.

