İngiltərə Bankı əsas faiz dərəcəsini dəyişməyərək illik 3,75% səviyyəsində saxlayıb.
GDP xəbər verir ki,bu barədə Britaniya Mərkəzi Bankının açıqlamasında bildirilib.
Qəbul edilən qərar iqtisadçı və analitiklərin əksəriyyətinin gözləntilərinə uyğun olub.
Faiz dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar Pul-kredit siyasəti üzrə Komitənin (MPC) doqquz üzvü arasında səsvermə nəticəsində qəbul edilib. Komitənin altı üzvü mövcud faiz dərəcəsinin qorunmasının lehinə, üç üzvü isə dərəcənin artırılmasına səs verib.
Beləliklə, İngiltərə Bankı hazırkı mərhələdə pul-kredit siyasətində mövcud faiz səviyyəsini qorumağa qərar verib.

