“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Cəbrayıl və Zəngilan rayonlarında işğaldan sonra yararsız hala düşmüş ərazilərdə olan ümumi tikililərin sökülməsi və ərazilərin rekultivasiyası, Zəngilan,Cəbrayıl və Qubadlı rayonlarında tikiləcək qəbiristanlıqların layihələndirilməsi üçün “Azin Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
GDP etender.gov.az-a istinadən xəbər verir ki, birmənbədən alınan xidmətlə bağlı müqavilənin dəyəri 479.882,4 manat təşkil edib.
Bağlanan müqavilədən məlum olur ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl və Zəngilan rayonlarında işğaldan sonra yararsız hala düşmüş ərazilərdə olan ümumi tikililərin sökülməsi və ərazilərin rekultivasiyası, Zəngilan,Cəbrayıl və Qubadlı rayonlarında tikiləcək qəbiristanlıqların layihələndirilməsinə 500 min manata yaxın vəsait xərcləyəcək.
Müqavilə bağlanan “Azin Construction” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Orucov Alxan oğludur. Hüquqi ünvanı AZ1027, Bakı şəhəri Xətai rayonu, Cavanşir, ev 23, m. 65 ünvanında yerləşir.