2024-cü ilin I rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında
dəyişiklik müşahidə edilməsə də, əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında yumşalma müşahidə edilib.
GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildilir ki,əvvəlki rüblə müqayisədə kredit kartları üzrə kredit standartlarında isə sərtləşmə nəzərə çarpmayıb.
Banklar 2024-cü ilin II rübündə kredit kartları istisna olmaqla, istehlak kreditləri üzrə standartlarda yumşalma proqnoz edirlər.