“Kapital Bank” ASC səhmdarlarını növbədənkənar ümumi yığıncağa dəvət edir. İclas 28 iyul 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisinin 17-ci mərtəbəsindəki “Silicon Valley” otağında baş tutacaq.
GDP xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
“Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi;
-
“Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinə dəyişiklik edilməsi.
Səhmdarlar gündəlik üzrə materiallarla 28 iyul 2026-cı il tarixinədək www.kapitalbank.az/səhmdarların-yigincagi linki vasitəsilə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır. Qeydiyyat iclasın başlanmasına 1 saat qalmış başlayır.
Bildiriş İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov tərəfindən imzalanıb.

