Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin dəyişdirilməməsi barədə qərar qəbul edib.
GDP xəbər verir ki, 29 oktyabr 2026-cı il tarixli qərara əsasən, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7,5% səviyyəsində sabit saxlanılıb.
Qərar qəbul edilərkən ölkədə ümumi və baza inflyasiyasının dinamikası, inflyasiya gözləntiləri, mövcud risklər, valyuta bazarındakı vəziyyət və bank sektorunun likvidlik göstəriciləri nəzərə alınıb.
Mərkəzi Bank qlobal monetar şəraitdə müşahidə edilən son meyilləri də qiymətləndirib.
Tənzimləyici bildirib ki, növbəti faiz qərarları inflyasiya proqnozları, makroiqtisadi göstəricilər və valyuta bazarındakı proseslər əsasında qəbul ediləcək.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 23 dekabr 2026-cı ildə açıqlanacaq.

