Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində dəyişməz saxlanılıb.
Qərar qəbul olunarkən faktiki və prognozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, mövcud geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında müşahidə olunan meyillər, habelə ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb.
Mərkəzi Bank bundan sonrakı dövrdə də inflyasiya proseslərini və iqtisadi inkişaf göstəricilərini izləyərək, zərurət yaranarsa, pul-kredit siyasətinin parametrlərinə yenidən baxılacağını bildirib.

