Azərbaycan Mərkəzi Bankı ölkə üzrə tariflərin aşağı salınması üçün “Visa” və “Mastercard” beynəlxalq ödəniş təşkilatları ilə danışıqlar aparır.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son illərdə həmin təşkilatların xidmət haqlarını artırması bankların xərclərinə də təsir göstərib. AMB ilin sonunadək danışıqlarda irəliləyiş əldə olunacağına ümid edir.
Taleh Kazımov sahibkarların QR ödənişlərinin qəbulunu genişləndirməklə daha aşağı komissiyalardan yararlana biləcəyini də bildirib. Bunun üçün sahibkarlar xidmət göstərən banklarla müvafiq şərtləri müzakirə etməlidirlər.

