Mərkəzi Bankın baş direktoru Fərid Osmanov may ayının 17-də Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
GDP xəbər verir ki, Fərid Osmanov fintex ekosisteminin inkişaf tendensiyalarından bəhs edərkən ödəniş xidmətlərinə əlçatanlığın artırılmasında, eləcə də rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi barədə əsas məqamlara toxunub.
Görüşdə həmçinin Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi və onun imkanları ətrafında fikir mübadiləsi aparılıb.