Hesabat dövründə pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi davam etdirilib. Bu alətlər arasında Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbat daha yüksək olub.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında məlumat verilib.
Hesabatda bildirilir: “2023-cü il ərzində faiz dəhlizi parametrləri 8 dəfə müzakirə
edilib. İlin ilk yarısında uçot dərəcəsinin 8.25%-dən 9%-ə, dəhlizin aşağı həddinin
6.25%-dən 7.5%-ə və yuxarı həddinin 9.25%-dən 10%-ə qaldırılması ilə bağlı qərarlar
qəbul edilib. İlin ikinci yarısında isə Mərkəzi Bank yumşaldıcı pul siyasəti həyata
keçirmiş, uçot faiz dərəcəsini 9%-dən 8%-ə endirib.”
Mərkəzi Bank pul siyasəti alətlərini tətbiq etdiyi konfuqrasiyanın dəyişildiyini açıqlayıb: “Hesabat dövründə pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi davam etdirilib. Bu alətlər arasında Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbat daha yüksək olub.
Hesabat dövründə pul təklifinin daha effektiv tənzimlənməsi, habelə yeni əməliyyat
çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq məqsədilə məcburi ehtiyat normalarının
diferensiallaşdırma qaydasına və səviyyəsinə dəyişikliklər edilmişdir. Belə ki, hüquqi
şəxslərin depozitləri üzrə differensiallaşdırma tətbiq edilərək məcburi ehtiyat normaları
artırılıb.”