Close Menu
    What's Hot

    “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib

    01 Oktyabr 2026

    Brent neftinin qiyməti 97 dollara düşüb

    01 Oktyabr 2026

    Gümüşün qiyməti 61 dolları ötüb

    01 Oktyabr 2026
    Trending
    • “AzerGold” Kəlbəcərə həsr olunmuş qızıl və gümüş sikkələr təqdim edib
    • Brent neftinin qiyməti 97 dollara düşüb
    • Gümüşün qiyməti 61 dolları ötüb
    • PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
    • Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək
    • ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
    • Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir
    • Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026
      Recent

      PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

      30 Sentyabr 2026

      Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

      30 Sentyabr 2026

      Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

      29 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Dollar möhkəmlənir, qızıl ucuzlaşır

      29 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Mərkəzi Banka yeni səlahiyyət verilib
    Bank

    Mərkəzi Banka yeni səlahiyyət verilib

    08 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişikliklər edilib.

    GDP xəbər verir ki,bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

    Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

    Qərarda yeni anlayışlar da müəyyənləşdirilib:

    • AZQR kod – Azərbaycan Respublikasının ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod;
    • statik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod;
    • dinamik AZQR kod – tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod;
    • AZQR kod təchizatçısı – AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycan Respublikasında fəaliyyət göstərən təchizatçı.

    Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra – AÖS) vasitəsilə həyata keçiriləcək. Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın. AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edəcək. Bu abzasda qeyd edilənlər 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

    Ödəniş xidməti istifadəçisinin alınan yazılı razılığına əsasən təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə biləcək.

    Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:

    • ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    • vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    • ödəyici və vəsait alanın hesab nömrəsi;
    • ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    • ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    • ödəniş sərəncamının verildiyi tarix;
    • ödənişin təyinatı;
    • ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    • büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində);
    • ödəyicinin imzası(ları) və möhür (olduqda).

    Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:

    • vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    • ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    • vəsait alanın və ödəyicinin hesab nömrəsi;
    • ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    • ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    • ödəniş sərəncamının verildiyi tarix;
    • ödənişin təyinatı;
    • ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    • büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda;
    • vəsait alanın imzası(ları) və möhürü (olduqda).

    Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

    Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 4-də qüvvəyə minib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    PAŞA Bank “SIBOS 2026” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

    30 Sentyabr 2026

    Sabahdan kredit qaydaları dəyişir: Vətəndaşlar öz adlarına onlayn kredit rəsmiləşdirilməsini bloklaya biləcək

    30 Sentyabr 2026

    Avro dollar qarşısında son 3 ayın minimumuna düşüb

    29 Sentyabr 2026

    Abbas İbrahimov: ABB-nin strateji qərarlarında müstəqil baxış önəmli olacaq

    29 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.